CƏMİYYƏT
Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının sədri Tovuz rayonunda vətəndaşları qəbul edəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Tovuz rayonunda vətəndaşları qəbul edəcək.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulu Tovuz Rayon Məhkəməsində (ünvan: Tovuz şəhəri, A.Qasımov küçəsi, 17) saat 11:00 başlayacaq. Vətəndaşlar qəbula Ali Məhkəmədə, Tovuz Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 050 245-54-85 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.