ELM VƏ TƏHSİL
ALİ MƏKTƏBLƏRƏ ƏRİZƏ QƏBULU İLƏ BAĞLI ELAN VƏ DİGƏR MƏLUMATLAR “ABİTURİYENT” JURNALININ 2-Cİ NÖMRƏSİNDƏ DƏRC EDİLMİŞDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbuluna başlayır.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, abituriyentlər martın 31-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, bundan sonra sənəd qəbulu komissiyalarına (SQK) tələb olunan sənədləri təqdim edərək aprelin 11-dən mayın 31-dək ərizələrini təsdiq etdirməlidirlər.
Azərbaycan Respublikasının vətəndaşlarından ərizə qəbulu internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Abituriyentlər əvvəlcə şəhər (rayon) poçt şöbələrindən “ödəmə kartı” əldə edirlər.
Bundan sonra şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və “Ödəmə kartı”ndan (iş nöm¬rəsindən və şifrindən) istifadə etməklə TQDK-nın internet saytının müvafiq səhifəsinə (www.tqdk.gov.az/ali2008) daxil olur və “Abituriyentin elektron ərizəsi” formasını dol¬dururlar.
Azərbaycan və rus bölməsinin abituriyentləri tələb olunan sənədlərini SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirirlər.
Orta ümumtəhsil məktəblərini 2008-ci ildə bitirən abituriyentlər ərizələrini aşağıdakı SQK-larda təsdiq etdirirlər: Bakı şəhərində: Binəqədi rayonu - 83, 246, 297 nömrəli məktəblər; Xətai rayonu - 95, 55, 249 nömrəli məktəblər; Nəsimi rayonu - 19, 46 nömrəli məktəblər; Səbail rayonu - 190, 49 nömrəli məktəblər; Sabunçu rayonu – 107, 75 nömrəli məktəblər; Qaradağ rayonu - 139 nömrəli məktəb, Əzizbəyov rayonu - 183 nömrəli məktəb, Nizami rayonu – 210, 250 nömrəli məktəblər; Nərimanov rayonu – 47, 178 nömrəli məktəblər; Yasamal rayonu - 158, 225 nömrəli məktəblər; Suraxanı rayonu - 85, 104 nömrəli məktəblər.
Digər rayonların (şəhərlərin) abituriyentləri ərizələrini təhsil şöbələri və telekommunikasiya qovşaqlarında yaradılmış SQK-da təsdiq etdirirlər.
Ali, orta ixtisas, peşə məktəblərini 2008-ci ildə bitirən məzunlar və orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən abituriyentlər ərizələrini aşağıdakı ali təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq etdirirlər: Azərbaycan Texniki Universiteti, Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Dillər Universiteti, Azərbaycan Turizm İnstitutu, Xəzər Universiteti, “Azərbaycan” Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Dövlət Universiteti, TQDK-nın Naxçıvan MR Regional Şöbəsi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı, Lənkəran Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Şəki, Qazax, Ağcabədi, Cəlilabad, Quba, Salyan, Şamaxı, Zaqatala filialları.
16 yaşı 2008-ci il aprelin 30-dək tamam olmayan şəxslər tələb olunan sənədləri aprelin 11-dən mayın 31-dək aşağıda göstərilən SQK-lara təqdim etməklə “Abituriyentin ərizəsi”nin kağız formasını dolduracaqları Azərbaycan Müəllimlər İnstitutu (Bakı şəhəri), TQDK-nın Naxçıvan MR Regional Şöbəsi (Naxçıvan şəhəri), Gəncə Şəhər Təhsil Şöbəsi (Gəncə şəhəri).
Xarici dövlətlərin vətəndaşları tələb olunan sənədləri aprelin 11-dən mayın 31-dək TQDK-da yaradılmış SQK-ya təqdim etməklə “Abituriyentin ərizəsi”nin kağız formasını doldururlar.
Gürcüstanda yaşayan azərbaycanlılar sənəd¬lərini Qazax Rayon Təhsil Şöbəsində, Rusiya Federa¬siyasının Dağıstan Respublikasında yaşayan azərbaycanlılar isə Qusar Rayon Təhsil Şöbəsində yaradılmış SQK-ya təqdim edə bilərlər.
Xüsusi təyinatlı ali təhsil müəssisələrinə daxil olmaq istəyənlər isə sənədlərini müvafiq nazirlik və idarələrin müəyyənləşdirdiyi qaydalara əsasən təqdim edirlər.
Ali və orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər test imtahanından əlavə xüsusi qabiliyyət imtahanı verməlidirlər. Xüsusi qabiliyyət imtahanlarında iştirak etmək üçün abituriyent ümumi qaydaya əsasən internet vasitəsilə ərizə doldurduqdan və onu təsdiq etdirdikdən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında təyin olunmuş müddətdə qeydiyyatdan keçməlidir. Qeydiyyata alınmış abituriyent qabiliyyət imtahanlarının cədvəlini götürməli və iyunun 28-dən iyulun 7-dək cədvəl üzrə qabiliyyət imtahanları verməlidir.
Rus bölməsinin abituriyentləri “Azərbaycan Res¬publi¬kasında Dövlət dili haqqında” Qanuna əsasən, əsas imtahanlara qədər “Azərbaycan dili” fənnindən test imtahanı verməlidir. Bu imtahan iki dəfə – mayın 3-də və iyunun 20-də keçiriləcəkdir. İmtahanda abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim ediləcəkdir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymət¬lən¬diri¬lir və “məqbul” alanlar qəbul imtahan¬larına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 10-dan az olmamalıdır.
Azərbaycan Dəniz Akademiyasının ixtisaslarında və ya Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarında təhsil almaq istəyən abituriyentlər internet vasitəsilə ərizə doldurduqdan sonra sənədlərini bi¬la¬va¬sitə həmin təhsil müəssisələrində ya¬radılmış SQK-lar təqdim etməlidirlər. Onlar həmin təhsil müəssisələrində xü¬su¬si tibbi və psixoloji müayinədən keçməlidir. Müayinədən mü¬vəf¬fə¬qiy-yət¬lə keçmiş abituriyentlər əri¬zə¬lərində bu ali mək¬təb¬lə¬rin müvafiq ixtisaslarını gös¬tər¬mək hüququ qazanırlar və onların ərizələri müayinədən keçdikləri təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq edilir.
Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra qəbul planına daxil olan ixtisaslar siyahısından internet vasitəsilə ixtisas seçimi aparılacaqdır. İxtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəyən abituriyentlər iştirak edə bilərlər: I və IV ixtisas qruplarında müsabiqəyə ümumi balı 250-dən, digər qruplarda isə 300-dən az olmayan abituriyentlər buraxılacaqdır. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır.
Azərbaycan bölməsində III qrupun DT altqru¬punda xarici dil fənninə nisbi bal məhdudiyyəti qoyulmur.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra qəbul olunmayan abituriyentlər üçün 11 illik orta təhsil bazasından orta ixtisas məktəbləri üzrə ixtisas seçimi aparılacaqdır. Abituriyentlər ixtisas seçimini internet vasitəsilə yerinə yetirəcəklər.
Ali məktəblərə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu ilə bağlı elanın tam mətni, xüsusi qabiliyyət imtahanlarının keçirilməsi qaydaları və s. barədə məlumatlar “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc edilmişdir.