ELM VƏ TƏHSİL
Ali məktəblərin boş qalan yerlərinə qəbul olmaq üçün 67 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib
Bakı, 16 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bu gün saat 10:40-dək I, II, III və IV qruplar üzrə ümumilikdə 62, V qrup üzrə 5 nəfər ixtisas seçimi ərizəsini təsdiqləyib.
Qeyd edək ki, I, II, III və IV qruplar üzrə ixtisas seçiminə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərinə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
İxtisas seçimi avqustun 19-dək davam edəcək.