Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali qonağın şərəfinə

Bakı, 12 mart (AZƏRTAC). Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviçin şərəfinə rəsmi ziyafət verilmişdir.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV Xorvatiya Prezidentinin ölkəmizə ilk səfəri çərçivəsində görüşlərin, aparılan danışıqların, imzalanan sənədlərin və keçirilən biznes forumun mövcud ikitərəfli münasibətlərin dərinləşməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi.

Dövlətimizin başçısı son illər iki ölkə arasında əlaqələrin daha da intensivləşməsində qarşılıqlı diplomatik nümayəndəliklərin açılmasının əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev iqtisadi əməkdaşlığın perspektiv sahələrindən də danışaraq dedi:

- Bu gün energetika, enerji resurslarının nəqli, turizm, ekologiya, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, yol və infrastruktur obyektlərinin tikintisi, gəmiqayırma, kimya sənayesi və digər sahələrdə əməkdaşlığımızın inkişafı üçün geniş perspektivlər vardır. Biz, həmçinin qarşılıqlı sərmayə yatırımının təşviqinə və ticarət dövriyyəsinin artırılmasına xüsusi əhəmiyyət veririk.

Azərbaycan ilə Xorvatiya arasında gəmiqayırma sahəsində əməkdaşlığın uğurlu təcrübəsi artıq mövcuddur. Belə ki, Xorvatiyanın Pula şəhərində yerləşən Ulyanik tərsanəsində inşa edilmiş və hazırda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin istismar etdiyi bir çox gəmi-bərələr hələ 27 il əvvəl ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Bakıya göndərilmişdir. Bu ənənə bu gün də davam edir və 2011-ci ilin mayında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə Ulyanik tərsanəsi arasında yeni gəmi- bərələrin tikilməsinə dair müqavilə imzalanmışdır.

Ölkələrimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlar ilə əlaqələr mühüm yer tutur. BMT, ATƏT, NATO, Avropa İttifaqı, Avropa Şurası çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur. Bu baxımdan Avropa İttifaqına yeni üzv olacaq Xorvatiya ilə münasibətlərimiz həm ikitərəfli, həm də regional çərçivədə mühüm əhəmiyyət kəsb edir. Artıq regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün öz töhfəsini verməyə hazırdır. Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıyıq və müxtəlif layihələr üzərində işləyirik.

Azərbaycanın regionda və bütövlükdə dünyada təhlükəsizliyin tərəfdarı olduğunu bildirən Prezident İlham Əliyev dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlərdə, beynəlxalq təsisatlarda fəal iştirakında, xüsusilə BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyətində bu niyyətə sadiq olduğunu söylədi. Bununla yanaşı, dövlətimizin başçısı Ermənistanın təcavüzkarlıq siyasətinin regionda sülh və sabitlik üçün təhlükə olduğunu vurğulayaraq bildirdi:

-Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır.

Prezident İlham Əliyev Azərbaycanın qəti mövqeyinin münaqişənin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsindən ibarət olduğunu bildirdi.

X X X

Xorvatiya Prezidenti İvo YOSİPOVİÇ ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə bir daha Azərbaycan Prezidentinə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Xorvatiya dövlətinin başçısı qeyd etdi ki, bu görüş iki ölkə arasında mövcud olan rəğbət və dostluğu, sosial, siyasi və xüsusilə də iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirmək, qarşılıqlı imkana çevirmək baxımından yaxşı bir fürsətdir. Xorvatiyanın Avratlantik strukturlara inteqrasiyasına toxunan İvo Yosipoviç bu sahədə Azərbaycanın da uğurlar əldə etdiyini vurğulayaraq dedi:

-Azərbaycan kimi, Xorvatiya da Avratlantik zonaya tam inteqrasiya dövründə ölkə ərazisinin bir hissəsi üzərində nəzarəti müvəqqəti itirməklə bağlı acı təcrübəyə malikdir. Xorvatiya bu mənada Azərbaycanın vəziyyətini yaxşı anlayır. Biz sizin səbir nümayiş etdirməyinizi və Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək cəhdlərinizi yüksək qiymətləndiririk. Mən bunları hansısa mücərrəd inanclara görə deyil, oxşar təcrübəyə əsaslanaraq deyirəm.

Xorvatiya dövlətinin başçısı öz ölkəsində sürətlə inkişaf edən Azərbaycana olan maraqdan və Bakıya səfəri zamanı hüquqi bazasının əsası qoyulmuş əməkdaşlığın qarşılıqlı faydasından da danışaraq bildirdi:

-Bu gün Azərbaycan özü ilə fəxr etmək üçün çox səbəbləri olan ölkədir. Biz bu səbəbləri yaxşı bilirik. Biz ikitərəfli potensialımızdan istifadə edərək əməkdaşlığımızı daha da intensivləşdirmək istəyir və arzu edirik ki, həm siz, həm də biz bundan faydalanaq. Bu gün keçirdiyim bütün görüşlər və danışıqlar məni inandırdı ki, bu, bizim ümumi arzumuzdur. Bu gün biz arzularımızın reallığa çevrilməsi üçün hüquqi baza yaradan bir sıra sənədlər imzaladıq. Bizim Baş nazirin birinci müavini də maraqlı və çox şey vəd edən danışıqlar aparıb. Mən düşünürəm ki, bu danışıqlar Avropa enerji infrastrukturu sahəsində əməkdaşlıq üçün başlanğıc nöqtəsi rolunu oynaya bilər.

Xorvatiya Prezidenti iki ölkə arasında faydalı əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu söylədi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub