ALİ QONAĞIN ŞƏRƏFİNƏ
AZƏRTAC xəbər verir ki, aprelin 4-də Bakı Əyləncə Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin şərəfinə rəsmi ziyafət verilmişdir.
Salona toplaşanlar dövlət başçılarını və onların xanımlarını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev və Prezident Əhməd Necdət Sezər qəbulda nitq söylədilər.
(Rəsmi qəbul barədə geniş material qəzetin növbəti nömrəsində veriləcəkdir).
X X X
Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin Azərbaycana rəsmi səfəri davam edir.