ALİ QONAĞIN ŞƏRƏFİNƏ
İyunun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Litva Prezidenti Valdas Adamkusun və onun həyat yoldaşı Alma Adamkienenin şərəfinə Yaxt-klubda rəsmi qəbul təşkil edilmişdir.
Salona toplaşanlar dövlət başçılarını və xanımlarını hərarətlə qarşıladılar.
Prezidentlər qəbulda nitq söylədilər.