ALİ QONAĞIN ŞƏRƏFİNƏ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 23-də Koreya Respublikasının Prezidenti Ro Mu Hyunun və xanımı Kvon Yanq Sukun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilmişdir.
Prezidentlər naharda nitq söylədilər.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin Koreya Respublikasına dövlət səfəri davam edir.