ALİ QONAĞIN ŞƏRƏFİNƏ
Avqustun 28-də “Şəfəq” iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin və xanımı Şeyxa Moza bint Nasir Al Misnədin şərəfinə rəsmi qəbul təşkil edilmişdir.
Rəsmi qəbuldan əvvəl dövlət başçıları və xanımları xatirə şəkli çəkdirmişlər.