Azərbaycan Dövlət İnformasiya Agentliyi

ALİ QONAĞIN ŞƏRƏFİNƏ

ALİ QONAĞIN ŞƏRƏFİNƏ

Bakı, 29 iyun (AZƏRTAC). İyunun 28-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İsrail Dövlətinin Prezidenti Şimon Peresin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.

Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

-Hörmətli cənab Prezident!

Əziz qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Mən İsrail Prezidentini Azərbaycanda bir daha salamlamaq istəyirəm. Bu gün bizim çox yaxşı müzakirələrimiz oldu. Münasibətlərimiz uğurla inkişaf edir. Biz cənab Prezidentlə bir neçə dəfə görüşmüşük və bu görüşlər beynəlxalq tədbirlər çərçivəsində müxtəlif ölkələrdə baş tutub. İndi isə cənab Prezident Azərbaycana rəsmi səfərə gəlib. Bu səfər böyük əhəmiyyət daşıyır. Səfər ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açacaq. Bu gün biz ikitərəfli əlaqələrə dair vacib məsələləri, regional inkişaf məsələlərini, o cümlədən beynəlxalq əhəmiyyət daşıyan məsələləri nəzərdən keçirdik.

İkitərəfli əlaqələr haqqında danışarkən əminəm ki, əlaqələrimiz bundan sonra daha da güclənəcəkdir. Bizim iqtisadi əməkdaşlığımızın çox yaxşı perspektivləri var. Bu gün belə məsələlər çox geniş formatda müzakirə olundu. İqtisadi münasibətlərimiz inkişaf edir və bu sahədə dövriyyəmiz 2 milyard dollara yaxındır. Zənnimcə, gələcək illərdə bu rəqəm daha da artacaq.

Biz kənd təsərrüfatı, turizm, elm, texnologiyalar sahəsində əməkdaşlıq haqqında da danışdıq, səhiyyə sahəsinə də toxunduq. Əminəm ki, bu sahələrdə və bir çox digər yeni sahələrdə yaxşı həll variantlarını tapa bilərik ki, onlar bizi bir-birimizə daha yaxın etsin.

Azərbaycanda xalqımızın yəhudilərlə daim dinc şəraitdə birgə yaşadığını vurğulayan Prezident İlham Əliyev respublikamızdakı yəhidi icmasının ölkəmizin inkişafı üçün töhfələrini əsirgəmədiyini bildirdi. Dövlətimizin başçısı İsraildəki Azərbaycan diasporunun da çox məhsuldar fəaliyyətini xüsusi qeyd edərək dedi:

-Onlar məhz Azərbaycanı tərk etmiş yəhudilərdir. Lakin onlar ölkəmizi tərk etmələrinə baxmayaraq, Azərbaycanla hər zaman təmaslarını saxlayırlar və ikitərəfli münasibətlərdə müstəsna rol oynayırlar ki, bu da bizi çox fərəhləndirir. Mən şübhə etmirəm ki, bu səfərdən sonra ikitərəfli münasibətlərimiz uğurla davam və inkişaf edəcəkdir.

Dövlətimizin başçısı İsrail Prezidenti Şimon Pereslə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı fikir mübadiləsi apardıqlarını diqqətə çatdıraraq dedi:

-Bu münaqişə regionda ən böyük hədə mənbəyidir və bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Yalnız o yolla ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Bildiyiniz kimi, işğalçı qüvvələr Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmalıdır və Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin qurbanına çevrilmiş soydaşlarımız öz yurd-yuvalarına qayıtmalıdırlar.

Prezident İlham Əliyev Azərbaycan ilə İsrail arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi və həmin potensialın reallaşdırılması üçün ölkəmizdə əlverişli biznes mühitinin yaradıldığını vurğuladı.

Dövlətimizin başçısı dedi:

-Azərbaycanda çox münbit sərmayə mühiti var və dünyanın bütün ölkələrindən olan şirkətlər ölkəmizdə rahat işləyə bilərlər.

Mən bir daha cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda salamlamaq istəyirəm və bu badəni Sizin şərəfinizə, İsrail ilə Azərbaycan xalqlarının şərəfinə qaldırmaq istəyirəm.

İsrail Prezidenti Şimon PERES təşəkkür edərək dedi:

-Hörmətli dostum cənab Prezident!

Hörmətli xanım Əliyeva!

Xanımlar və cənablar!

Mən sadəcə qarşınızda bildirmək istəyirəm ki, cənab Prezident burada yüksək səviyyədə olan münasibətlərimizin gözəl təsvirini verdi. Mən bundan çox məmnunam və zənnimcə hətta bundan sonra uzun-uzadı danışsam da, onun qədər gözəl danışa bilməyəcəyəm. Bu qəbula görə Sizə sözün əsl mənasında səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Siz mənə və mənim nümayəndə heyətimə bu qonaqpərvərliyi göstərdiniz. Bu, sözün əsl mənasında bizim yadımızda daim qalan bir qəbuldur və eyni zamanda mən bildirmək istəyirəm ki, atanız Azərbaycanın tarixində çox görkəmli şəxsiyyətlərdən biridir. Mən onun rolunu xüsusilə vurğulamaq istəyirəm. Cənab Prezident, qeyd etmək istəyirəm ki, əgər Siz neftinizi mədəniyyətdən daha əvvəl tapsaydınız, aşkar etsəydiniz nə baş verərdi? Bu düzgün, yoxsa qeyri-düzgün olardı? Bilirsiniz ki, ölkənizin təbiəti sizin torpağınızda, insanlarınızın qonaqpərvərliyində öz əksini tapmışdır. Siz mənə bu gün bildirdiniz ki, öz işlərinizi davam etdirəcəksiniz. Çünki neft-neftdir, qaz-qazdır, mədəniyyət-mədəniyyətdir. Bütün bunlar xalqa lazımdır. Siz qeyd etdiniz ki, öz xalqınızın naminə yorulmadan çalışırsınız.

Ermənistanın Azərbaycan ərazisini işğal etməsi ilə bağlı ətraflı məlumata malik olduqlarını deyən İsrail Prezidenti Şimon Peres zəngin mədəni irsə malik respublikamızın dost ölkələrə daim kömək əlini uzatdığını qeyd etdi. Bu həqiqəti yəhudi xalqının yaxşı bildiyini söylədi:

-Biz çox minnətdarıq ki, Azərbaycanda, burada yəhudi icmasına xüsusi xoş münasibət bəslənilir. Biz bilirik ki, Azərbaycandan İsrailə gələn şəxslər ölkənizlə bağlı ən xoş təəssüratlarını daim bölüşürlər.

Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, insanlar arasında sıx münasibətlərin yarandığını deyən İsrail Prezidenti məhz belə şəraitdə demokratiyanın da uğurla inkişaf etdiyini bildirdi. İsrailin dövlət başçısı Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyətini də yüksək dəyərləndirərək dedi:

-Xanım Əliyeva, Sizin burada olmağınızdan böyük şərəf hissi duyuram. Biz Sizin işinizlə də tanış olduq. Biz Sizin Fondda olarkən gördük ki, Heydər Əliyevin təhsil haqqında şəhadətnaməsində qiymətlərinin hamısı əla olmuşdur. Biz bu məlumatları topladıq. Biz bunu öyrənməkdən çox şad olduq.

Bizi birləşdirən məsələlər çoxdur. Hesab edirik ki, bizim sizinlə münasibətlərimiz həm sizin üçün, həm bizim üçün çox faydalıdır. Eyni zamanda, hesab edirəm ki, bizim gələcək potensialımız çoxdur. Biz nəinki əməkdaşlıq yolu ilə, o cümlədən işlərimizin əlaqələndirilməsi yolu ilə daha böyük nəticələr əldə edə bilərik.

Prezident Şimon Peres ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anaraq dedi:

-Mən Sizin atanızla görüşmüşəm və onun mənə söylədiyi məsələlərdən bir çox vacib meyarları özüm üçün qeyd etmişəm. O, Azərbaycanın gələcəyi ilə bağlı uzaqgörənliyi və müdrik mövqeyi ilə daim seçilirdi.

Güclü ordunun xalqlarımızın və ölkələrimizin milli mənafeyini qorumaq üçün lazım olduğunu vurğulayan Prezident Şimon Peres nitqini dahi Azərbaycan şairi Nizami Gəncəvinin kəlamı ilə tamamladı:

-Dahi Azərbaycan şairi Nizami Gəncəvi demişdir: “Ünsiyyəti hansı kəs arayıbdır yaxşıda, Məqamında işinə yarayıbdır yaxşı da”. Bu gün məhz bu kəlam aktual hesab olunur. Hesab edirəm ki, Sizin müdrikliyinizlə bu ölkə daha da inkişaf edəcəkdir. Mən badəmi bizə əziz olan, hamımıza əziz olan dostluğun, Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın şərəfinə qaldırıram.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO