Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali qonağın şərəfinə

Ali qonağın şərəfinə

Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Beseskunun şərəfinə rəsmi ziyafət verilmişdir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və “Xoş gəlmisiniz!” deyirəm.

Cənab Prezident, bu, son beş ildə Azərbaycana Sizin beşinci səfərinizdir. Mən də Rumıniyaya beş dəfə səfər etmişəm. Belə mütəmadi səfərlər ölkələrimiz arasındakı münasibətlərin dinamik inkişafının göstəricisidir. Münasibətlərimiz əsl dostluq və tərəfdaşlıq münasibətləridir.

Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra Şərqi Avropada ilk dəfə Rumıniyaya səfər etmiş, Azərbaycan bu regionda ilk səfirliyini məhz Rumıniyada açmışdır. Mən özüm də Prezident kimi Şərqi Avropa ölkələri arasında ilk dəfə Rumıniyaya səfər etmişəm.

Növbəti il biz diplomatik münasibətlərimizin qurulmasının 20 illiyini qeyd edəcəyik. Ümidvaram ki, biz bu əlamətdar tarixə Rumıniya və Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrində yeni nailiyyətlər ilə daxil olacağıq.

Bu günə kimi ölkələrimiz arasında əlaqələrin inkişafını təmin edən 50-dən çox sənəd imzalanmışdır. Mənim Rumıniyaya son səfərim zamanı imzaladığımız strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında birgə bəyannamə və bu dəfə imzalanan strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı ikitərəfli münasibətlərimizin möhkəmlənməsi baxımından görülən işlərin məntiqi nəticəsidir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində və GUAM formatında əməkdaşlığımız böyük məmnunluq doğurur. Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması istiqamətində səylərimiz bizi daha da yaxınlaşdırır.

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla münasibətlər mühüm yer tutur. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Elə bu ilin yanvar ayında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Cənub qaz dəhlizi” haqqında Birgə Bəyannamə bunun bariz nümunəsidir. Eyni zamanda, keçən ilin sentyabr ayında Bakıda Sizin də iştirakınızla imzaladığımız AGRİ layihəsi üzrə Bəyannamə aramızdakı etibarın və regionumuzda enerji əməkdaşlığının yeni səhifəsinin açılışının göstəricisi olmuşdur.

Rumıniyalı tələbələrə Heydər Əliyev təqaüdünün verilməsi, eləcə də Buxarest şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Bakı şəhərində müasir rumın milli bəstəkarlıq məktəbinin banisi Corce Eneskunun abidələrinin ucaldılması humanitar sahədə əlaqələrimizin yüksək səviyyəsinin bariz nümunəsidir.

Ötən illər ərzində Azərbaycanda çox uğurlu siyasi və iqtisadi islahatlar həyata keçirilmişdir. Bunun nəticəsi olaraq son yeddi ildə ölkədə ümumi daxili məhsul təxminən üç dəfə, maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluq səviyyəsində yaşayan insanların sayı 4,5 dəfə azalmış, ölkəmizə 82 milyard dollar məbləğində sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri açılmışdır.

Bütün bunlar, yəni həyata keçirdiyimiz konkret layihələr bir tərəfdən Azərbaycanın dinamik inkişafını təmin edir, digər tərəfdən isə bölgəyə sülh və təhlükəsizlik gətirir, burada gedən bütün proseslərə müsbət təsir göstərir. Lakin təəssüflə qeyd etməliyəm ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu günə kimi həll edilməmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon işğal olunmuşdur. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident, bir daha Sizi ürəkdən salamlayır, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram.

Bu badəni Sizin sağlığınıza, Rumıniya ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırıram.

X X X

Rumıniya Prezidenti Trayan BESESKU rəsmi səfərlə yenidən Bakıda olmasından məmnun qaldığını bildirərək Bakı şəhəri və bütövlükdə Azərbaycanda yaşanan dinamik iqtisadi inkişafı yüksək qiymətləndirdi.

Səfər çərçivəsində hər iki ölkə arasında strateji tərəfdaşlığı və Azərbaycan ilə Rumıniya arasında münasibətləri daha da möhkəmləndirəcək tədbirlər planına imza atıldığını vurğulayan Trayan Besesku ikitərəfli münasibətlərin əsasını enerji məsələsinin təşkil etdiyini bildirərək dedi:

-İkitərəfli münasibətlərimizin özəyini enerji məsələsi təşkil edir. Bu halda maraqlarımız üst-üstə düşür. Rumıniya Avropanın enerji mənbələrini şaxələndirmək məqsədi ilə sistemli siyasət yürüdür. Azərbaycan isə enerji marşrutlarını və bazarlarını şaxələndirmək arzusundadır. Nəticədə, Rumıniya ilə Azərbaycan Qara dəniz regionunda təbii qazın nəqlində “maye qaz” düsturunu təqdim etməklə regional enerji durumunu dəyişəcək ilk layihə olan AGRİ-nin başlanması prosesinə böyük töhfə vermişlər. 2010-cu ildə Bakıda keçirilən AGRİ Zirvə görüşü Azərbaycanın həmin yeni layihənin həyata keçirilməsində mənbə ölkə kimi oynadığı rolu təsdiqlədi.

Rumıniya Prezidenti ölkəsinin Azərbaycanın beynəlxalq səviyyədə oynadığı məsul və fəal rolunu yüksək dəyərləndirdiyini, beynəlxalq antiterror koalisiyasında və “Sülh Naminə Tərəfdaşlıq” çərçivəsində Azərbaycanın beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə verdiyi töhfəni xüsusi dəstəklədiyini dedi.

Prezident Trayan Besesku Rumıniyanın Cənubi Qafqazda cərəyan edən hadisələri böyük diqqətlə izlədiyini bildirərək dedi:

-Biz Cənubi Qafqazda cərəyan edən hadisələri böyük maraqla izləyirik və əminik ki, beynəlxalq ictimaiyyətin davamlı səyləri ilə bu region sabitlik və iqtisadi əməkdaşlıq məkanına çevriləcəkdir. Biz Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq prinsipləri əsasında razılaşdırılmış həllinin tezliklə və dinc yolla müəyyən edilməsinin tərəfdarıyıq. Rumıniya ATƏT çərçivəsində tərəflər arasında danışıqların davam etdirilməsini alqışlayır və münaqişənin tezliklə davamlı nizamlanması üçün tərəflərin qəbul etdiyi hər hansı təklifi dəstəkləyir.

Prezident Trayan Besesku səfərin nəticələrinin, aparılan danışıqların və əldə olunan razılaşmaların xalqlarımız və regionlarımız üçün töhfə verəcəyinə əminliyini ifadə etdi.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata latiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şəqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb