Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali qonağın şərəfinə VIDEO

Bakı, 24 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Latviya Respublikasının Prezidenti Andris Berzinşin şərəfinə rəsmi ziyafət verilmişdir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha salamlayır və “Xoş gəlmisiniz!” deyirəm.

Bu, Sizin ölkəmizə ilk rəsmi səfərinizdir. Mən isə Latviyada iki dəfə səfərdə olmuşam. Məmnuniyyətlə xatırlayıram ki, son səkkiz ildə ölkə başçıları səviyyəsində beş səfər olmuşdur. Bu faktın özü bizim ikitərəfli əlaqələrə münasibətlərimizin göstəricisidir. Əminəm ki, qarşılıqlı səfərlər Latviya və Azərbaycan arasında istər ikitərəfli və çoxtərəfli müstəvidə, istərsə də Avropa strukturları çərçivəsində əməkdaşlığımızın daha da inkişafına və genişlənməsinə təkan verəcəkdir.

Azərbaycan və Latviya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İqtisadi əlaqələrimiz sürətlə inkişaf etsə də, hələlik ölkələrimizin potensialına tam cavab vermir. Ticarət dövriyyəsi son beş ildə üç dəfəyə yaxın artmışdır. Bir neçə il ərzində iki ölkənin şirkətlərinin və iş adamlarının iştirakı ilə altı biznes forum keçirilmişdir. 2006-cı ildə Azərbaycan ilə Latviya arasında hökumətlərarası komissiya yaradılmışdır. Düşünürəm ki, əməkdaşlığımızın daha da yüksək səviyyəyə qaldırılması üçün səylərimizi bundan sonra da davam etdirməliyik.

İnanıram ki, səfəriniz zamanı ikitərəfli münasibətlər ətrafında Sizinlə apardığımız səmərəli danışıqlar, əldə olunan razılaşmalar və keçirilən biznes forum əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

Azərbaycan ilə Latviya arasında əlaqələrin tarixi kökləri vardır. XX əsrin əvvəllərində Bakıda Latış Cəmiyyəti fəaliyyət göstərirdi. Cəmiyyətin yüzə yaxın tanınmış üzvü var idi. Latviyanın məşhur yazıçıları Ernest Birznieks-Upitis, Pavils Rozitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, diplomat Antons Balodis, Bakı Opera Teatrının dirijoru, dahi latış bəstəkarı Yazeps Medinş, memar Ervins Paumbats və başqaları bu cəmiyyətdə təmsil olunurdular. 2013-cü ilin mart ayında Bakıda Cəmiyyətin fəaliyyətinin yenidən bərpa edilməsini həmin ənənənin davamı kimi yüksək qiymətləndiririk.

Azərbaycan Latviya ilə beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla münasibətlər mühüm yer tutur. Avropa İttifaqının və NATO-nun üzvü olan Latviya Azərbaycanın bu təşkilatlarla əməkdaşlığına önəm verən ölkələrdən biridir. “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində qarşılıqlı fəaliyyətimiz də faydalıdır. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bu istiqamətdə etibarlı tərəfdaş olduğunu nümayiş etdirmişdir. Regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz töhfəsini verməyə hazırdır.

Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır. Lakin regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş və bütün insan hüquqları kobudcasına pozulmaqla bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişəsinin beynəlxalq normalara uyğun ədalətli həlinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Hörmətli cənab Prezident, Sizi Bakıda qəbul etməyimdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim rifah arzulayıram.

X X X

Latviya Prezidenti Andris BERZİNŞ çıxış edərək dedi:

- Çox hörmətli cənab Prezident, Zati-aliləri.

Xanımlar və cənablar.

Latviya ilə olduqca sıx dostluq əlaqələri olan Azərbaycanda qonaq olmağım məni həqiqətən də çox sevindirir. Latviya nümayəndə heyətinə möhtəşəm ölkənizdə göstərdiyiniz istiqanlılıq və qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm.

Qarşıdakı ilin ilk aylarında Latviya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyini qeyd edəcəyik. Arxaya dönüb baxsaq bu illər ərzində yalnız Prezidentlər səviyyəsində deyil, eləcə də müxtəlif sahələrin nümayəndələri və sahibkarlar arasında səmərəli görüşlərin keçirildiyinin məmnunluqla şahidi olarıq. Bu cür görüşlərin keçirilməsi Latviya tərəfinin Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirməsinə bariz sübutdur. Ümidvar olduğumu bildirirəm ki, Latviya nümayəndə heyətinin tərkibinə daxil olan xarici işlər, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı nazirləri, eləcə də digər nazirliklərin nümayəndələri öz azərbaycanlı həmkarları ilə danışıqlarda institusional bazanın təkmilləşdirilməsi və gələcəkdə konkret layihələrin həyata keçirilməsinə nail olacaqlar. Biz, eyni zamanda, sahibkarlarımızın fəaliyyətlərinin intensivləşməsinə böyük ümidlə baxırıq.

Bu yaxınlardakı böhranı, həmçinin dünya iqtisadi məkanında şəraitin dəyişməsini nəzərə alaraq sahibkarlıq fəaliyyətinin və investisiya mühitinin yaxşılaşdırılması, eləcə də ixrac bazarının şaxələndirilməsi Latviyanın qarşısında duran prioritet məsələdir. Səfər zamanı məni geniş tərkibdə sahibkarlar heyətinin müşayiət etməsi və Latviya-Azərbaycan biznes forumunun keçirilməsi bunu bir daha təsdiq edir. Əminəm ki, şəxsi görüşlər, konkret təkliflər və yeni ideyaların doğulması ikitərəfli investisiyaların cəlb olunmasına və iqtisadi əməkdaşlıq sahəsinin genişlənməsinə imkan yaradır. Hər iki ölkənin coğrafi mövqeyi nəqliyyat, logistika sahəsində, xüsusilə aviasiya münasibətlərindəki inkişaf artıq ciddi əməkdaşlığın olduğunu göstərir. Fürsətdən istifadə edərək diqqətinizi artıq yaxın zamanda ticarət dəhlizinin də yaradılacağına çəkmək istərdim. Bundan başqa, informasiya texnologiyaları, kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalı və digər sahələrdə hər iki ölkə üçün faydalı olacaq ikitərəfli layihələrin yaradılacağına ümid edirəm.

Cənab Prezident, Azərbaycan regional sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır. Latviya Avropa İttifaqının və NATO-nun üzvü kimi Azərbaycanın bu təşkilatlarla əməkdaşlığını yüksək qiymətləndirir. Bizim ümumi tarixi təcrübəmiz, Latviyanın islahatlar yolu, Azərbaycanın geosiyasi təcrübəsi əlaqələrimizin daha geniş formatda inkişafına şərait yaradır. Lakin uğurlu ikitərəfli əməkdaşlığın təməlində nəinki siyasi dialoq və iqtisadi mənfəət durur, eyni zamanda, xalqlarımızın bir-birinə rəğbəti və marağı xüsusi yer tutur. Ona görə də ali məktəblər arasındakı əməkdaşlıq, tələbə mübadiləsi proqramlarının inkişaf göstəriciləri olduqca fərəhləndiricidir. Bütün bunlar təhsilin səviyyəsinin artmasına, mədəniyyətlərarası anlaşmanın inkişafına gətirir ki, bu da öz növbəsində əməkdaşlıq layihələrinin gələcəkdə də həyata keçirilməsinə zəmin yaradır.

Mən, eyni zamanda, yenidən bərpa olunmuş Bakı Latış Cəmiyyətini salamlamaqdan qürur duyuram. Cəmiyyətə dinamik inkişaf arzu edərdim. İstərdim ki, bu Cəmiyyət XX yüzilliyin əvvəlində yüzdən çox fəal latışın bir araya gəlməsi tarixindən ilham alsın. Eləcə də Latviyada iki mindən çox azərbaycanlı yaşayır ki, onların xalq təsərrüfatı və mədəniyyət sahəsindəki əməyi ölkəmizdə yüksək qiymətləndirilir. Azərbaycanlılar da Latviyanı özünə yaşayış məskəni seçən digər insanlar kimi dövlət və insanların həyatı üçün vahid məsələləri müzakirə etdiyimiz milli azlıqlar üzrə şuranı layiqincə təmsil edirlər.

Çıxışımın sonunda Sizin hamınızı, Latviyanın paytaxtının Avropanın mədəniyyət paytaxtı titulu qazanacağı 2014-cü ildə Riqaya dəvət edirəm. Bütün ilboyu əyləncəli mədəni tədbirlər keçiriləcəkdir. Ən əsası xarici qonaqlarımızın qayğısına qalacağıq. Çox sağ olun. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür