ALİ RADADA GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Ukrayna Ali Radasının sədri Arseni Yatsenyuk ilə görüşmüşdür.
Ali Radanın sədri vurğuladı ki, Azərbaycan Prezidentinin Ukrayna parlamentinə gəlməsi çox böyük qürur hissi ilə qarşılanır. Ölkələrimizin siyasi, iqtisadi və digər sahələrdə əlaqələrinin, o cümlədən parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Arseni Yatsenyuk dedi ki, Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir.
Azərbaycan iqtisadiyyatının sürətlə inkişafının Ukraynada da maraqla izlənildiyini bildirən Ali Radanın sədri ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamenlərarası əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini söylədi.
İkitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev parlamentlərin əlaqələrini, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı Azərbaycan-Ukrayna əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğuladı.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri davam edir.
######
![]()
