Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır
Bakı, 28 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, avqustun 28-i saat 09:00-a olan məlumata görə, I-V ixtisas qrupları üzrə 67625 abituriyent ərizəsini təsdiq edib. 1180 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.
İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [18:02]
Valideynlərlə əməkdaşlığa həsr olunmuş konfranslar yekunlaşıb
- 16.11.2026 [17:10]
Qazaxıstan Milli Kitabxanası qlobal informasiya məkanında - elmi seminar
- 16.11.2026 [16:24]
Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün
- 16.11.2026 [16:16]
Elm və Təhsil Nazirliyinə 15 gündə 27 mindən çox müraciət daxil olub
- 16.11.2026 [16:11]
“Dədəmiz Dədə Mədəd” kitabı oxuculara təqdim olunub
- 16.11.2026 [15:40]
Eksternat təhsil üzrə imtahanlarda iştirak üçün sənəd qəbuluna başlanılır
- 16.11.2026 [15:22]