ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinə qeydiyyat bu gün başa çatır
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi yekunlaşır. Proses bu gün saat 12:00-dək davam edəcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul olan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Qeyd edək ki, abituriyentlərin qeydiyyatı ilə bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.05.2024 [19:22]
Kürdəmir Peşə Liseyində “Açıq qapı” günü təşkil olunacaq
- 02.05.2024 [19:21]
Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək
- 02.05.2024 [19:05]
Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb
- 02.05.2024 [18:59]