ELM VƏ TƏHSİL
ALİMLƏR ABŞERON YARIMADASININ RADİOEKOLOJİ DURUMUNA NEFT QAZ İSTEHSALININ TƏSİRİNİ ÖYRƏNƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında “Abşeron yarımadasının radioekoloji durumuna neft-qaz istehsalının təsiri” mövzusunda konfrans keçiriləcəkdir.
AMEA-nın Radiasiya Problemləri İnstitutunun təşkil etdiyi tədbirdən məqsəd alimlər və aidiyyəti qurumlar tərəfindən bu sahədə tədqiqatların aparılmasıdır.
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Sənaye və Energetika nazirliklərinin, Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələrinin qatılacağı konfransda mövzu ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.