ELM VƏ TƏHSİL
Alimlər bitki zərərvericilərinə qarşı mübarizədə bioloji üsullara daha çox üstünlük verirlər
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizədə bioloji üsullara daha çox üstünlük verir və bu sahədə tədqiqatları genişləndirirlər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin əməkdaşları pambıq sovkası, nar odlucası, qərzəkli meyvə zərərvericiləri, müxtəlif növ mənənə və yastıcalara qarşı mübarizə məqsədilə habrobrakon minicisi, trixoqramma və yırtıcı parabüzənlərin süni şəraitdə kütləvi çoxaldılma yollarını araşdırırlar. Eyni zamanda, həşəratların kütləvi çoxaldılması üçün onların qidasını təşkil edən bir sıra tərəvəz bitkilərinin toxumlarını təcrübə sahəsində əkiblər.