Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Allergiya irsi xəstəlikdir

Allergiya irsi xəstəlikdir

Bakı, 29 aprel, AZƏRTAC

Son zamanlar bir çox insanın əziyyət çəkdiyi xəstəliklər sırasında allergiya da var. Bu xəstəlik istər uşaqlar, istərsə də böyüklər arasında çox geniş yayılıb. Bəs allergiyanın yaranma səbəbi nədir? Bu və ya digər suallara Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının allerqoloqu Tahirə Pənahova aydınlıq gətirib.

- Allergiya insan orqanizminin allergenlərə - qida məhsulları, bitki mənşəli tozcuqlar, ev tozu, dərmanlar, heyvan tükü və kimyəvi vasitələrə qarşı yüksək reaksiyasıdır. Allergenlər orqanizmə dəri, tənəffüs və qida yolları ilə daxil olur. Bu xəstəliyə müxtəlif yaş qruplarındakı insanlarda rast gəlmək olar. Uşaqlarda əsas əlamətlər özünü dəridə və həzm yollarında göstərir. Ana qidalanmasına fikir vermədikdə, yəni konservləşdirilmiş məhsullardan, qatqılardan istifadə etdiyi zaman uşaqlarda allergiya dəridə üzə çıxır. Yeni doğulmuş uşaqlarda dəri allergiyası ilə rastlaşırıq ki, bu da allergik diatezdir. Uşaq doğulandan iki həftə sonra dəridə səpkilər, başın dərisində qabıqqoyma başlaya bilər. Bu zaman uşaqda qaşınma olur, yuxu rejimi pozulur, iştahı azalır. Allergiya təkcə qaşınma kimi özünü göstərmir, uşaqlarda bu hal bəzən özünü qusma və qarında ağrı, ishal formasında da büruzə verir. Bəzi həkimlər bunu iltihabı ishal kimi qiymətləndirirlər. Amma bunun əsas səbəbi allergiyadır. Bir çox xarici ölkələrdə buna allergik enterokolit və ya allergik kolit də deyilir. Bu, allergiyanın çox geniş yayılmış formasıdır. Əsas səbəbi də ananın yediyi qidanın tərkibi ilə bağlıdır.

- Belə vəziyyətdə uşaqlara necə ilk yardım etmək lazımdır?

- Allergik enterokolit və ya allergik kolit müşahidə etdiyimiz uşaqlarda bu hal nəcisdə qan izlərinin olması ilə ortaya çıxır. Belə vəziyyətdə müraciət edən valideynlərə ilk tövsiyəmiz o olur ki, qidalanmalarına fikir versinlər. Hətta analar bəzən təşvişə düşərək bu xəstəlik zamanı hansısa bir infeksiyanın olduğunu düşünürlər. Amma onlar bilməlidirlər ki, selikli qişa çox zərif və həssas olduğuna görə bu kimi hallar baş verir. Əgər ana uşağa inək südü verirsə, bu, uşaqda allergik səpkilər və bağırsaq problemləri yarada bilər. Bunun qarşısını almaq üçün müraciət edən valideynlərdən həkimlər öncə uşaqda qızdırma olub-olmadığını soruşmalıdır və digər narahatçılıq doğura biləcək halları xəbər almalıdır. Əgər ciddi bir problem yoxdursa və ana öz qidalanmasına fikir verirsə, bu hal tez bir zamanda aradan qalxır.

- Allergiyanın başqa hansı növləri var?

- Allergiyanın geniş yayılmış digər bir forması da allergik rinitdir. Analar bəzən uşaqlarda gecə yatdıqları zaman xorultu, çətin nəfəsalma və öskürək hallarının olduğunu deyir və bunu soyuqdəymə kimi başa düşürlər. Belə bir vəziyyətdə özbaşına, həkim göstərişi olmadan lazımsız dərmanlardan istifadə etməyə başlayırlar. Bu isə tamamilə yanlışdır, çünki əks reaksiya verə biləcək bir dərman uşağın hətta həyatını itirməsinə də gətirib çıxara bilər.

Allergiyanın daha bir ağır forması isə azyaşlı uşaqlarda boğulmalarla başlayır. Bu, tənəffüs yolunun xəstəliyidir və çox təhlükəlidir. Ona görə də belə uşaqlar daim həkim nəzarəti altında olmalıdır. Bu xəstəliyi bronxial astmanın başlanğıcı kimi qiymətləndirmək olar. Çünki hazırda ölkəmizdə təxminən 20 faiz uşaq bronxial astmadan əziyyət çəkir.

Bronxial astma zamanı uşaqlarda boğulma bəzən həftələrlə davam edir. Onlar daim oksigen çatışmazlığından əziyyət çəkir, yəni hipoksiya vəziyyətində olur. Bu da sözsüz ki, sinir sisteminə və sinir toxumasına təsir edir, uşaqlarda əsəbilik yaradır. Ümumiyyətlə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi növləri fəsli xarakter daşıdığından əsasən yaz, yay və payız aylarında özünü göstərir. Xüsusilə bu aylarda bitkilərə qarşı həssaslıq artır və xəstəlik özünü asqırma, burunda tutqunluq, gözdə qaşınma, öskürək halları kimi büruzə verir. Bu növ allergiya mövsümi xarakter daşıyır. Buna elmi dildə pollinozda deyilir. Belə xəstələr isə həmin fəsillər bitdikdən sonra tamamilə sağalır.

- Əsəbilik allergiyanın yaranmasına səbəb ola bilərmi?

- Əlbəttə. Əgər bir uşaqda allergiya varsa, o uşaqda əsəbilik, nevrozluq halları mütləq olur. Güclü qaşınma, təngnəfəslik, boğulma hissi bu uşaqlarda sinir sistemi pozğunluğuna və nəticədə də ümumi narahatçılığa gətirib çıxarır.

- Bu xəstəlik zamanı uşaqlara antibiotiklərin verilməsi nə dərəcədə düzgündür?

- Biz çalışırıq ki, antibiotikləri allergiyalı uşaqlarda istifadə etməyək. Amma ola bilsin ki, bəzi vaxtlar onlarda hansısa infeksion xəstəlik yaranar və bu uşağa mütləq antibiotik verilməsi lazım gələr. Bu zaman həkimin göstərişi ilə antibiotiklərin seçilərək verilməsi məsləhətdir. Allergiyalı uşaqlarda antibiotiklər çox yüksək reaksiya verə bilər. Ona görə də bu seçimdə çox diqqətli olmaq lazımdır. Çünki indi bəzi analar həkim resepti olmadan apteklərdən istədikləri dərmanları alıb uşağa verirlər.

Elə xəstələr var ki, onların yalnız dərman vasitələrinə qarşı allergiyası olur. Əgər dərman allergiyası olan uşağa antibiotik vurulsa, onda elə həmin anda anofilaktik şok yaranar, sonda bu vəziyyət ölümlə nəticələnər.

Hətta biz belə xəstələrə diş həkiminə getdikləri zaman çox diqqətli olmalarını məsləhət görürük. Çünki diş həkiminin istifadə etdiyi hər hansı bir dərman vasitəsi ani bir vaxtda nəfəsin dayanmasına, udlaqda ödem baş verməsinə səbəb ola bilər. Ona görə də həkimə müraciət edən hər bir xəstədən bütün həkimlərin vəzifəsi onda allergiyanın olub-olmadığını soruşmaqdır. Əgər bir insanda allergiya varsa, istənilən sahə üzrə çalışan həkimin bunu bilməsi mütləqdir.

- Allergiya hansı yaş qrupunda uşaqlarda daha çox müşahidə edilir?

- Allergik xəstəliklərə hər bir yaş qrupunda rast gəlinir. Son vaxtlar isə bu xəstəliyi daha çox yeni doğulan uşaqlarda müşahidə edirik.

Anaların qidalanması, valideynlərin uşaqların yatağını yumşaq oyuncaqlarla bəzəməsi, evdəki xalçalar, aromatizatorlar, ətirlər və kimyəvi yuyucu vasitələrdən istifadə allergiyanı yaradan başlıca faktorlardandır.

- Belə olan halda analara nə məsləhət verərdiniz?

- Öncə analar qidalanmaya fikir verməlidirlər. Onlar təbii, təmiz qidalar qəbul etməli, geni dəyişdirilmiş qida məhsullarından uzaq durmalıdırlar. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, bəzi analar südlərini artırmaq üçün qatılaşdırılmış süd məhsullarından istifadə edirlər, nəticədə həddindən çox istifadə uşaqlarda səpkilərin yaranmasına və vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Bu vasitə ananın südünü çoxalda bilər, amma uşağı narahat edir. Analar xüsusilə uşaqları yuyan zaman düzgün gigiyenik qaydalara əməl etməlidirlər. Çox vaxt sabunlar uşaqlara çox pis təsir edir. Bəzən kimyəvi yuyucular da uşaqlarda allergiya yarada bilər. Ona görə də analar uşaqların paltarlarını yumaq üçün istifadə etdikləri yuyucu vasitələrə diqqət etməlidirlər. Çünki son zamanlar allergiyanın hansısa uşaqda olmasını irsən deyil, məhz ətraf mühitin və qeyri-sağlam yaşayış tərzinin təsirindən meydana gəldiyinin şahidi oluruq.

- Bitkilərin allergiyanın müalicəsində nə kimi təsiri var?

- Hər insan orqanizmi müxtəlif olduğu üçün onların müxtəlif müalicə üsullarına qarşı da cavabvermə reaksiyası fərqli ola bilər. Bəzi allergiyalı xəstələrə bitkilərlə müalicə yaxşı təsir etdiyi halda, əksər insanlarda bu heç də yaxşı effekt vermir. Əgər bir insanda bitkilərə qarşı allergiya varsa, onlara bitki tərkibli dərman vasitələrinin qəbulu məsləhət görülmür.

- Allergiya sağala bilən xəstəlikdirmi?

- Allergiya elə bir xəstəlikdir ki, burda həkimlərin edəcəyi ən əsas kömək xəstələrin vəziyyətinin yüngülləşdirilməsidir. Bəzi uşaqlar var ki, biz onlarda tamamilə allergiyanın sağaldığını müşahidə edirik. Amma elə uşaqlar var ki, onlarda bu xəstəlik davamlı olur. Ona görə də qida rasionun düzgün təşkil edilməsi, düzgün yaşayış tərzi allergiyanı tam sağalmasına kömək edən başlıca amildir.

Amma bir gerçəklik də var ki, allergiya çox zaman davamlı olur və bu prosesi dayandırmaq mümkün olmur. Burda əsas rolu irsiyyət oynayır. Çünki allergiya irsi xəstəlikdir. Valideynlərin bilməsi vacib olan məsələlərdən biri də budur ki, allergiya ata-anadan keçməyə bilər, əgər nənə-babada, hətta ulu nənə-babada bu xəstəlik olubsa, mütləq özünü yeni nəsildə göstərəcəkdir. Amma əksər hallarda allergiya daha çox ana xətti ilə ötürülür.

Allergiyanın davamlı proses olduğunu nəzərə alsaq, bu halda düzgün profilaktik tədbirlərin görülməsi vacibdir. Valideyn bilir ki, uşağı hansı qidanı yediyi zaman onda allergiya halları baş verir. Ona görə də o, uşağını mütləq bu qidalardan maksimum dərəcədə uzaq tutmalıdır.

Mən valideynlərə tövsiyə edərdim ki, onlar uşaqlarında belə bir hal müşahidə etdikdə vaxtında həkim-allerqoloqa, mütəxəssisə müraciət etsinlər. Çünki vaxtında səbəbkar allergenin tapılması, düzgün müalicə və müayinənin aparılması bu xəstəliyi olan uşaqların tez bir zamanda sağalmasına kömək edir. Nəticədə uzun müddətli yaxşılaşma halı müşahidə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO