ALMA AĞACLARI...ÇİÇƏK AÇMIŞDIR
Azərbaycan subtropiklərinin təbiəti bəzən dünyagörmüş ağsaqqalları da heyrətləndirir. Bu dəfə də onlar məəttəl qalıblar: Lənkəran rayonundakı Şilovlu kəndində Bəxtiyar Hüseynovun bağında alma ağacları çiçək açmışdır. Bəxtiyar kişi 30 ildən çoxdur ki, meyvəçiliklə məşğuldur. Bu gün onun təsərrüfatında 600 meyvə ağacı, o cümlədən sitrus bitkisi vardır. Lakin payızın ortalarında alma ağacının çiçək açmasını indiyədək o da görməmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran-Astara zonazı üzrə nümayəndəsi Abı Abıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bağda olmuş aqronomlar və bioloqlar ağaclarda builki məhsulun hələ çox olmasına baxmayaraq, qonşuluqdakı alma ağaclarının çiçək açdığını təsdiqləmişlər.
Ekspertlərin fikrincə, buna oxşar hadisələr təbii iqlim dəyişmələri ilə, o cümlədən payız dövründə havaların kəskin istiləşməsi ilə bağlıdır. Son illər bağlardakı ağacların vaxtından əvvəl “oyanması” faktlarının sayı getdikcə artır. Maraqlıdır ki, bu cür yayınmalar həmin ağacların məhsuldarlığına əsla təsir göstərmir. Mütəxəssislərin sözlərinə görə, ilin bu aylarında Lerik dağlarının ətəkləri qırmızı lalə ilə dolu olur. Onlar təbiətin bu möcüzəsini də regionda görünməmiş istiləşməyə səbəb olmuş iqlim dəyişməsi ilə izah edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]