RƏSMİ SƏNƏDLƏR
ALMANİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB YOHANNES RAUYA
Hörmətli cənab Prezident,
Macarıstanın Şlofok şəhərinin yaxınlığında sərnişin qatarı ilə turist avtobusunun toqquşması nəticəsində Almaniya Federativ Respublikası vətəndaşlarının həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
9 may 2003-cü il