DÜNYA
Almaniya kansleri Angela Merkel yenidən Xristian Demokrat Birliyi Partiyasının sədri seçilmişdir
Bakı, 5 dekabr (AZƏRTAC). Almaniya kansleri Angela Merkel yenidən Xristian Demokrat Birliyi Partiyasının sədri seçilmişdir.
Maraqlıdır ki, 7 dəfə dalbadal partiya sədri seçilən Angela Merkelə qurultay nümayəndələrinin 97,94 faizi səs vermişlər.
Qeyd edək ki, 2013-cü ilin payızında Almaniyada parlament seçkiləri keçiriləcək və seçkilərin nəticəsinə müvafiq olaraq yeni kanslerin kimliyi bəlli olacaqdır.
Hazırkı kansler Angela Merkel sədri olduğu Xristian Demokrat Birliyi Partiyasından Almaniya hökumətinə yenidən başçılıq etməyə rəsmən namizəddir. Angela Merkelin əsas rəqibi isə Almaniyanın keçmiş maliyyə naziri Peer Ştaynbryk olacaqdır. O, Sosial-Demokrat Partiyasından kansler postuna namizəddir.
Angela Merkel Almaniya tarixində kansler olan ilk qadındır. O, 2005-ci ildə bu vəzifəyə seçilmişdir. Əgər o, yenidən seçkilərdən qalib çıxsa kansler kimi hökumətə üçüncü dəfə başçılıq edəcəkdir.