Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ALMANİYADA AVROPA AZƏRBAYCANLILARI KONQRESİ VƏ AZƏRBAYCAN–TÜRK DİASPOR TƏŞKİLATLARI KOORDİNASİYA ŞURASININ BİRGƏ TOPLANTISI BAŞA ÇATMIŞDIR

Bakı, 23 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının ikigünlük birgə toplantısı keçirilmişdir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirmişlər ki, tədbirin “Azərbaycan və Türkiyənin qloballaşan dünyaya inteqrasiyası: reallıqlar, problemlər və perspektivlər” mövzusundakı II bölmə iclasına Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəhbərlik etmişdir. Bölmə iclasında Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Kaptan “Azərbaycan və Türkiyə regionda həyata keçirilən qlobal iqtisadi layihələrin mərkəzində”, Milli Məclis sədrinin müavini Bahar Muradova “Türkdilli Dövlətlərin Parlamentlərarası Assambleyası türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında mühüm amil kimi”, Almaniya Bundestaqının sabiq üzvü, professor Hakkı Keskin “Türkiyənin Yaxın Şərq siyasətinin regionda sülhün və əmin-amanlığın yaradılması üçün vəd etdiyi perspektivlər” və Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elman Nəsirov “Türkiyənin Avropa Birliyinə üzvlüyü sahəsində mövcud problemlər və onların həllində Azərbaycanın rolu” mövzularında məruzə etmişlər.

Noyabrın 22-də toplantının “Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlıq müasir inkişaf səviyyəsi və perspektivləri” mövzusunda üçüncü bölmə iclası keçirilmişdir.

İclasa sədrlik edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyə-Azərbaycan münasibətlərinin son 15 illik tarixi barədə danışmışdır. Ötən əsrin 90-cı illərində enerji daşıyıcılarının dünya bazarına nəqli ilə bağlı aparılan siyasəti, 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi”nin imzalanması zamanı dünyada, Qafqaz regionunda və Azərbaycan ətrafında mövcud olan ictimai-siyasi vəziyyəti xatırladan Dövlət Komitəsinin sədri bildirmişdir ki, Azərbaycan neftinin dünyaya Türkiyə ərazisindən nəql edilməsi həmin vaxt gündəmdə deyildi. Dünyada neft sahəsində siyasəti həll edən böyük güclərin planlarının və iradəsinin əleyhinə olsa da, Azərbaycanın ümummilli lideri Heydər Əliyev neftin məhz Türkiyə ərazisi ilə beynəlxalq bazara çıxarılması ideyasını irəli sürdü. Həmin vaxt gündəmdə olan Bakı-Odessa-Brodı-Qdansk kəməri iqtisadi, maliyyə cəhətdən daha sərfəli və əlverişli sayılsa da, ulu öndər Heydər Əliyev Bakıdan Gürcüstan ərazisindən keçməklə Türkiyənin Ceyhan limanına qədər uzanacaq neft kəmərinin çəkilməsi ideyasını qəbul etdirdi. Həmin dövrdə Türkiyənin özündə belə çoxları buna inanmasa da, Bakı-Tbilisi-Ceyhan kəməri əfsanədən reallığa çevrildi. Ümummilli liderimizin bu ideyanı israrla dünyada qəbul etdirməkdə və reallaşdırmaqda məqsədi Türkiyəni bölgədə real güc mərkəzinə və dünyada söz sahibinə çevirmək idi. Bu kəmərin çəkilməsi ideyasını reallaşdırmağa Azərbaycan dövləti təkcə maliyyə itkisi deyil, həm də ciddi beynəlxalq təzyiqlər şəraitində nail oldu. Lakin Azərbaycan təzyiqlərə, narazılıqlara, hətta maraqları bu kəmərdə əksini tapmayan dövlətlərin incikliklərinə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan layihəsini gerçəklədirdi və bununla da Azərbaycan Türkiyənin güclənməsi, inkişafı, çiçəklənməsi üçün öz tarixi töhfəsini verdi.

Nazim İbrahimov qeyd etmişdir ki, Azərbaycanın qardaş ölkənin regional qüvvəyə çevrilməsi məqsədi ilə gördüyü işlərlə Türkiyənin indiki rəhbərliyinin bugünkü siyasətindəki bizi narahat edən bəzi məqamlar ziddiyyət təşkil edir. Azərbaycan hər zaman Türkiyənin qarşılaşdığı qondarma soyqırımı məsələsini öz problemi saymış, azərbaycanlıların sayca türklərdən daha çox olduğu ölkələrdə “erməni soyqırımı” məsələsi gündəmə gələndə Azərbaycan diasporu hər dəfə öz səsini ucaltmışdır. Türkiyə rəhbərliyi nəzərə almalıdır ki, Azərbaycanın zəiflədilməsi Türkiyənin zəiflədilməsi deməkdir. Eyni zamanda, Ermənistanla sərhədlərin açılması Azərbaycanım, eləcə də Türkiyənin regional, həmçinin dünya siyasətindəki mövqeyinin ciddi şəkildə ziyanına ola bilər.

Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası və onun həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələr barədə də fikirlərini bildirən Nazim İbrahimov, Türkiyə ictimaiyyətinin, xalqının Azərbaycanın mövqeyini dəstəklədiyinə, tarixi qardaşlığımıza sadiq olduğuna inandığını demiş və Azərbaycan-Türkiyə dostluğu tarixində hər iki tərəfdən görkəmli dövlət xadimlərinin göstərdiyi xidmətlərə həsr olunmuş sənədli film hazırlanmasını təklif etmişdir.

Toplantının üçüncü bölmə iclasında “Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafında diasporların rolu” mövzusunda çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Canan Arıtman Türkiyədə Azərbaycanla bağlı təbliğatın gücləndirilməsinin zəruriliyini vurğulamışdır.

“Xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin ictimai-siyasi fəallığının artırılması sahəsində mövcud olan problemlər və onların həlli yolları” mövzusunda məruzə edən Milli Məclisin deputatı Fazil Mustafayev bildirmişdir ki, türk və Azərbaycan diasporlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində təşəbbüslər Türkiyə və Azərbaycan dövlətlərinin son illərdə həyata keçirdikləri xarici siyasətin ən uğurlu cəhətlərindən sayılmalıdır.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxışında Türkiyə KİV-də antiazərbaycan kampaniyasına toxunaraq bildirmişdir ki, indiki şəraitdə həm Azərbaycan, həm də Türkiyə cəmiyyətlərində təbliğatın gücləndirilməsinə ehtiyac var.

Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısının sonunda Azərbaycan və Türkiyə prezidentlərinə, eləcə də hər iki ölkənin parlamentlərinə müraciət qəbul olunmuşdur.

Müraciətdə deyilir: “2009-cu il oktyabr ayının 10-da Türkiyə və Ermənistan arasında “Diplomatik münasibətlərin qurulmasına dair” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair” protokolların imzalanması Azərbaycan və Türkiyə ictimaiyyətinin, habelə xarici ölkələrdə yaşayan yüz minlərlə azərbaycanlı və türkün ciddi narahatlığına səbəb olmuşdur. Hesab edirik ki, bu razılaşmanın mümkün nəticələri iki qardaş ölkə arasında münasibətlərə mənfi təsir etməklə yanaşı, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarda qeyri-konstruktiv fəaliyyətini sərtləşdirəcəyinə səbəb olacaqdır”.

Sənəddə daha sonra qeyd olunur ki, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında qaldığı, bir milyondan çox azərbaycanlının məcburi köçkün kimi yaşadığı bir vaxtda bu protokolların imzalanması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə olan ümidləri xeyli dərəcədə azaldır. Münaqişə öz həllini tapmadan Türkiyənin Ermənistanla əlaqələri bərpa etməsi təcavüzkar tərəfə iqtisadi-siyasi üstünlük gətirməklə mövqelərini möhkəmləndirə bilər. “Ermənistan diasporu və lobbisi uzun illərdir ki, Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq məqsədi ilə nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların rəsmi Ankaraya təzyiq göstərməsinə çalışır. Lakin 1993-cü ildə Türkiyə dövlətinin Ermənistanla sərhədlərin açılması üçün irəli sürdüyü əsas şərtlərdən biri Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi olmuşdur. Biz inanırıq ki, Türkiyə Respublikası və onun rəhbərliyi bu prinsipə, xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinə yenə də sadiq qalacaqdır. Eyni zamanda, əminik ki, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına verdikləri vədlər qüvvədə qalacaqdır, Türkiyə Böyük Millət Məclisi Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla imzalanmış protokolları təsdiqləməyəcəkdir”.

Müraciətdə o da vurğulanır ki, Ermənistanla sərhədlərin açılması nəinki hər iki ölkənin, bütövlükdə türk dünyasının mənafelərini, habelə regional təhlükəsizliyi təhdid altına qoya bilər. Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin qurulması öz həllini eyni vaxtda tapmalıdır” fikrini tamamilə dəstəkləyirik”.

Müraciət bu fikirlərlə bitir: “Biz Azərbaycan əraziləri işğaldan azad edilmədən, bir milyona yaxın soydaşımızın öz doğma torpaqlarına qayıdışı mümkün olmadan, eyni zamanda, Türkiyəyə qarşı uydurma soyqırımı və ərazi iddiaları ortadan qalxmadan Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların təsdiqlənməsinin qəti əleyhinə olduğumuzu bildiririk. Biz əminik ki, zəngin dövlətçilik ənənələrinə malik Türkiyə dövləti tarixin bu sınağından da üzüağ çıxacaq, qardaş və dost ölkə olan Azərbaycanın maraqlarına zidd heç bir addım atmayacaqdır”.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı