DÜNYA
Almaniyada etiraz nümayişləri keçirilir
Berlin, 6 sentyabr, AZƏRTAC
Bu gün Almaniya Federativ Respublikasının bir neçə şəhərində minlərlə iştirakçısı olan etiraz nümayişləri keçirilir.
AZƏRTAC xəbər verir ki, bu nümayişlər əsasən federal hökumətin enerji və sosial siyasətinə qarşı yönəlib. Hakim koalisiya tərəfindən əhaliyə 65 milyard avroluq üçüncü yardım paketi qəbul edilməsinə baxmayaraq, vətəndaşlar hesab edirlər ki, bu tədbirlər kifayət deyil.
Əlamətdar haldır ki, nümayişçiləri həm solçu, həm də ifrat sağçı partiyalar dəstəkləyir. Onlar indiki Nazirlər Kabinetinə təzyiq göstərmək məqsədilə öz tərəfdarlarını Almaniya şəhərlərinin küçə və meydanlarına çıxarırlar. Nümayişçilər enerji daşıyıcılarının və qida məhsullarının kəskin bahalaşmasından narazıdırlar.
Dünən Leypsiqdə keçirilən mitinqlərdə təqribən 3 min nəfər iştirak edib. Aksiya zamanı bir neçə toqquşma olub.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin