İQTİSADİYYAT
Almaniyada istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə Beynəlxalq “USETEC-2014” sərgisi keçiriləcəkdir
Bakı, 23 aprel (AZƏRTAC). Cari il mayın 5-dən 7-dək Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə Beynəlxalq “USETEC-2014” sərgisi keçiriləcəkdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a bildirmişlər ki, sərgidə bütün sahələri əhatə edən işlənmiş texnika və avadanlıqlar (metal emalı, robot texnikası və avtomatlaşdırma, enerji, tikinti avadanlıqları və s.) nümayiş olunacaqdır.