İDMAN
Almaniyalı futbolçu qızlar gənclər arasında dünya çempionatının qalibi olublar
Bakı, 25 avqust (AZƏRTAC). Almaniyanın qadınlardan ibarət yığma futbol komandası Kanadada iyirmi yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının qalibi olub.
AZƏRTAC FİFA.com saytına istinadla xəbər verir ki, Monrealda keçirilən final oyununda bundestim (Almaniyanın futbol üzrə yığma komandası) əlavə vaxtda Nigeriya komandasına 1:0 hesabı ilə qalib gəlib. 98-ci dəqiqədə vurulan yeganə qolun müəllifi Lena Peterman olub.
Turnirdə üçüncü yeri Fransa yığması tutub. Bu komanda gümüş medal uğrunda oyunda KXDR-in yığmasını 3:2 hesabı ilə məğlub edib.
“R-Sport” saytı xatırladır ki, bundan əvvəl 2012-ci ildə Yaponiyada keçirilmiş dünya çempionatında Almaniya yığma komandası finalda amerikalılara 0:1 hesabı ilə məğlub olmuşdu. Gənc alman qızların aktivində artıq üç çempion titulu var.
2015-ci ildə Kanada “yaşlı” qadınlardan ibarət yığma komandalar arasında dünya çempionatına ev sahibliyi edəcək