SİYASƏT
Almatıdakı “turkelpress.com” internet qəzeti AzərTAc-ın materiallarını vermişdir
Almatı, 23 noyabr (AZƏRTAC). Almatıdakı “turkelpress.com” internet qəzeti son günlər Bakıda keçirilən mühüm tədbirlər, həmçinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Xocalı faciəsinin dünya ölkələrində tanınması ilə əlaqədar AZƏRTAC-ın materiallarını vermişdir. Qəzet “Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası işə başlamışdır”, “Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” II Beynəlxalq Gənclər Forumu keçirilir”, “İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırımı aktı kimi tanımışdır” sərlövhəli materiallarına yer ayırmışdır. İnternet resursun nümayəndəsi bildirmişdir ki, bizim qəzet əsasən türk dünyası və Müstəqil Dövlətlər Birliyi ölkələrini əhatə etdiyindən belə materiallar maraqla qarşılanır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı