SİYASƏT
Almatıdakı turkelpress.com internet qəzetində Azərbaycanın ictimai-siyasi həyatı ilə əlaqədar AzərTAc-ın materialları verilmişdir
Almatı, 30 yanvar (AZƏRTAC). Almatıdakı turkelpress.com internet qəzetində Azərbaycanın ictimai-siyasi həyatı ilə əlaqədar Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) rus dilində materialları dərc edilmişdir.
Qəzetdə AZƏRTAC-ın “Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanda layiq görüldüyü “Humanizm simvolu - 2012-ci ilin adamı” mükafatının təqdimat mərasimi keçirilmişdir” və “Nyu-Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycan-ABŞ strateji tərəfdaşlığına dair qətnamə qəbul etmişdir. Qətnamədə Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir” sərlövhəli materialları dərc olunmuşdur.
Qeyd edək ki, elektron nəşrdə müntəzəm olaraq Azərbaycan ilə əlaqədar məlumatlar yer alır, ölkəmizin siyasi, iqtisadi, mədəni həyatı ilə bağlı yazılar dərc edilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı