Altı brakonyer saxlanılmışdır
Bakı, 12 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində Qoruğun Gərəkli sahəsinin 1 nömrəli dolayının 7 nömrəli kvartalında (yüksək dağlıq sahədə) 6 nəfər brakonyer saxlanılmışdır.
ETSN-dən AZƏRTAC-a verilən məlumata görə, saxlanılan şəxslərin üzərinə baxış keçirilərkən xaricdə istehsal olunmuş, saxlanılması və istifadəsi qadağan olunan 1 odlu silah, 3 ov tüfəngi və qeyri-qanuni ovlanmış 1 Dağıstan turu götürülmüşdür.
Müəyyən olunmuş faktla bağlı akt və protokol tərtib olunmuş, qoruq rejiminin pozulması və təbiətə dəymiş ziyana görə 5625 manat ödəmə hesablanmışdır.
İş üzrə təhqiqat aparılması məqsədilə sənədlər və götürülən sübutlar Azərbaycan Respublikası Baş Prokurorluğuna təhvil veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]