AMAZON ÇAYINDA SƏRNİŞİN GƏMİSİ BATMIŞDIR
Bakı, 27 may (AZƏRTAC). Perunun İkitos şəhərinin 50 kilometrliyində Amazon çayında “Kamila” sərnişin gəmisi batmışdır. Qəza nəticəsində ilkin məlumata görə 10 sərnişin həlak olmuş, 50 nəfər itkin düşmüş sayılır. Perunun mülkü müdafiə xidmətinin regional bölməsinin rəisi Montoya Arista bu barədə məlumat vermişdir. O qeyd etmişdir ki, 250-dək adamı xilas etmək mümkün olmuşdur. Lakin ölənlərin sayı arta da bilər.
Sərnişin gəmisində 300-dən çox adam olmuşdur. Əvvəl isə sərnişinlərin sayının 250 nəfər olduğu bildirilirdi. Xilasetmə tədbirlərində mülki müdafiə bölmələrindən başqa, hərbi dəniz və polis qüvvələri də iştirak edirlər. Qəzanın əsas səbəbi kimi gəminin həddən artıq yüklənməsi nəzərdən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]