“Amazon”un qurucusu Ceff Bezos baş direktor postunu tərk edib
Bakı, 5 iyul, AZƏRTAC
Dünyanın ən böyük onlayn-riteylərindən biri olan “Amazon” kompaniyasının qurucusu Ceff Bezos baş direktor postunu tərk edib.
AZƏRTAC kompaniyanın saytına istinadla xəbər verir ki, Bezosu bu vəzifədə “Amazon Web Services” xidmətinin rəhbəri Endi Cessi əvəzləyib.
Ceff Bezosun baş direktor postunu tərk edəcəyi fevralda məlum olmuşdu. Mayda isə o, vəzifədən “Amazon”un yarandığı gün - iyulun 5-də gedəcəyini bildirmişdi. Bundan sonra 57 yaşlı biznesmen kompaniyanın idarə heyətinin sədri olaraq qalacaq və onun səhmlərinin 10 faizinə sahib olmaqda davam edəcək.
Dünyanın ən varlı insanlarının reytinqinə başçılıq edən Ceff Bezosun sərvəri 177 milyard dollar həcmində qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]