Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA-da “Heydər Əliyev: dövlətçilik təlimi və müasir dövr” mövzusunda konfrans təşkil edilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da AMEA Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Heydər Əliyev: Dövlətçilik təlimi və müasir dövr” mövzusunda konfrans təşkil edilib. Əvvəlcə konfransda ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, dahi liderin elmi, siyasi, iqtisadi və mədəni quruculuq sahəsində, o cümlədən AMEA-nın bugünkü fəaliyyətində böyük rolundan danışıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olunub.

Akademik Arif Həşimov diqqətə çatdırıb ki, dünyaşöhrətli siyasətçi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə elmin, o cümlədən AMEA-nın inkişafına böyük diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi başlanıb.

O, ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın mühüm tarixi nailiyyətlər əldə etdiyini, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Heydər Əliyev siyasətinin təntənəsi olduğunu vurğulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” adlı məruzə ilə çıxış edib.

Məruzədə qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyev hələ SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən hərb sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə böyük diqqət yetirib, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına dəstək verib. Ulu Öndər Azərbaycan dilinin 1978-ci il Konstitusiyasına dövlət dili kimi daxil edilməsinə nail olmaqla Azərbaycanın dövlət müstəqilliyinin böyük təməllərini atıb.

“Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin nəticəsidir ki, ölkəmizdə azərbaycançılıq ideyaları hələ sovet hakimiyyəti illərində formalaşmışdır”, - deyə bildirən vitse-prezident əlavə edib ki, bu səbəbdən Azərbaycan keçmiş SSRİ-yə daxil olan digər ölkələrlə müqayisədə, müstəqillik qazandıqdan sonra milli ideologiyanı müəyyən etmək baxımından bir addım öndə idi: “Dahi lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi olduğu kimi, həm də Azərbaycan dövlət ideologiyasının banisidir”.

Akademik İsa Həbibbəyli qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycan üçün zəruri olan bütün siyasi, ideoloji, hərbi, iqtisadi proseslər ən yüksək səviyyədə Ulu Öndər Heydər Əliyev tərəfindən qətiyyətlə, ardıcıllıqla və məqsədyönlü şəkildə həyata keçirilib. Böyük şəxsiyyət tərəfindən Azərbaycanın siyasi suverenliyinin əsaslarının yaradılması, müstəqil dövlətin konstitusiyasının təsdiq olunması ölkəmizin siyasi müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atılan vacib addımlardandır.

O, həmçinin iqtisadi suverenliyin təmini istiqamətində icra edilən mühüm layihələrdən olan, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışıb, onun beynəlxalq əhəmiyyətə malik müqavilə olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyinin manifesti kimi vacibliyini vurğulayıb. İsa Həbibbəyli dünya ölkələrinin bu müqavilənin işığında Azərbaycanın dövlət müstəqilliyini yenidən tanıdığını bildirib.

Vitse-prezident müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində görülən mühüm işlərdən biri kimi 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmasına nail olmasını xüsusi qeyd edib. Bildirib ki, Ulu Öndərin yorulmaz fəaliyyətinin nəticəsi olaraq torpaq islahatlarının həyata keçirilməsi, ordu quruculuğu, bazar iqtisadiyyatına keçid, ölkəmizdə özəl sektorun formalaşdırılması iqtisadi müstəqilliyə hesablanmış mühüm addımlar sırasındadır.

Akademik İsa Həbibbəyli əlavə edib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın xarici siyasət konsepsiyasının yaradıcısı və icraçısı kimi Azərbaycana çoxlu sayda tərəfdaşlar qazandırıb, dünyanın müxtəlif ölkələri ilə yaratdığı əlaqələr nəticəsində Azərbaycanın müstəqil dövlət kimi tanınmasına nail olub.

Məruzədə Prezident İlham Əliyevin Ulu Öndərin yolunu daha da zənginləşdirdiyi, bu yolu layiqincə təmsil etdiyi və Azərbaycanı dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirdiyi diqqətə çatdırılıb.

AMEA-nın vitse-prezidenti bildirib ki, Prezident İlham Əliyev apardığı məqsədyönlü islahatlar nəticəsində ölkəmizdə şaxələndirilmiş iqtisadiyyat, çoxaspektli inkişaf prinsipini əsas götürərək tolerantlıq, multikulturalizm siyasətini uğurla tətbiq edir, Azərbaycanda siyasi həmrəyliyin formalaşmasına böyük töhfələr verir.

“Ulu Öndərin ən mühüm xidmətlərindən biri də Qarabağı dünyaya Azərbaycan torpağı kimi tanıtmaqdan ibarət idi”, - deyən akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin bu vəzifənin öhdəsindən də müvəffəqiyyətlə gəldiyini vurğulayıb. Əlavə edib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev Qarabağın tarixi Azərbaycan torpağı olduğunu qazandığı böyük Zəfərlə bir daha təsdiq edib.

Sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi akademik Asəf Hacıyev “Ümummilli Lider haqqında söz” adlı məruzə ilə çıxış edib. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, aparıcı siyasi lider və diplomat kimi bütün dünyada tanınıb.

Akademik Asəf Hacıyev qeyd edib ki, Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görən Ümummilli Lider SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürərək, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olub, həyata keçirdiyi səmərəli islahatlarla çox qısa zamanda ölkəmizin iqtisadi inkişaf göstəricilərinə görə keçmiş ittifaq respublikaları arasında ilk yerlərdən birini tutmasını təmin edib.

Məruzəçi görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi addım atıldığını, SSRİ dövründə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, məhz 50 il bundan öncə əsası qoyulmuş hərbi məktəbin yetişdirdiyi əsgər və zabitlər 44 günlük Vətən müharibəsində xalqımıza tarixi Zəfər yaşatdılar.

“Milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimi hər zaman milli kimliyi ilə qürur duyub, çoxəsrlik mədəniyyətimizin və mənəvi dəyərlərimizin qorunub saxlanılmasını gələcək nəsillərə tövsiyə edib. Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin yürütdüyü siyasət uğurla davam etdirilir. Bu gün hər birimiz Azərbaycan vətəndaşı olaraq dahi şəxsiyyət Heydər Əliyevi daim minnətdarlıq hissi ilə yad edir, dərin hörmətlə anırıq”, - deyə akademik Asəf Hacıyev əlavə edib.

Tədbirdə, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Elnarə Akimova “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev “Azərbaycanda kimya sənayesinin inkişafında Heydər Əliyevin rolu”, Radiasiya Problemləri İnstitutunun (RPİ) aparıcı elmi işçisi fizika elmləri doktoru Elçin Hüseynov “Azərbaycan elmi: Heydər Əliyevdən İlham Əliyevə” və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, RPİ-nin aparıcı elmi işçisi fizika elmləri doktoru Sakin Cabbarov “Heydər Əliyev və Azərbaycan ordusu” mövzularında məruzələrlə çıxış edərək, Ulu Öndərin müvafiq sahələrdə həyata keçirdiyi uğurlu siyasətdən və əldə olunan nailiyyətlərdən danışıblar.

Sonda AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev və AMEA-nın müşaviri akademik Yaqub Mahmudov çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında çoxşaxəli fəaliyyətindən bəhs edib, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının rifahına həsr edib, ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb, xalqımız üçün əlindən gələni əsirgəməyib. Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən yeni reallıqlar işığında uğurla və müvəffəqiyyətlə davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub