ELM VƏ TƏHSİL
AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları Ceyrançöl alçaq dağlığının şərq hissəsində ekspedisiyada olmuşlar
Bakı, 16 sentyabr (AZƏRTAC). AMEA-nın Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftplanlaşdırılması şöbəsinin əməkdaşları Ceyrançöl alçaq dağlığının şərq hissəsində ekspedisiyada olmuşlar.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədqiqatlar nəticəsində qeyd olunan ərazinin ilk 1:100000 miqyaslı landşaft xəritəsi tərtib edilmiş və geosistemlər təbii ehtiyat potensiyalına görə qruplaşdırılmışdır. Bundan başqa, “Eldar şamı” Dövlət Təbiət Qoruğunda arid meşə ekosistemlərinin struktur-funksional xüsusiyyətləri, biomüxtəlifliyi, dayanıqlıq dərəcəsi, fitokütlənin məhsuldarlığı, təbii ehtiyat potensialı öyrənilmiş və ətraf ekosistemlərlə müqayisə əsasında landşaftların antropogen transformasiyalarının əsas təmayülləri müəyyən edilmişdir. Ekspedisiya müddətində instrumental müşahidələr aparılmış, bitki və torpaq nümunələri götürülmüşdür.