ELM VƏ TƏHSİL
AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları Şəki, Qəbələ və Oğuz rayonlarında ezamiyyətdə olmuşlar
Bakı, 20 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı Şəki, Qəbələ və Oğuz rayonlarında ezamiyyətdə olmuşdur.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, ezamiyyətin məqsədi həmin rayonlarda sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrin vəziyyətini, əhalinin məskunlaşması və demoqrafik inkişafla bağlı problemləri öyrənmək olmuşdur.
Əməkdaşlar rayonların dövlət strukturlarının nümayəndələri və yerli ictimaiyyətlə bir sıra görüşlər keçirmiş, sənaye müəssisələrində olmuşlar.