ELM VƏ TƏHSİL
AMEA-nın əməkdaşları Türkiyə texnoparkında təlim-təcrübə keçəcəklər
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti aparatının innovasiya şöbəsinin rəis müavini Elxan Bayramov və baş mütəxəssis Samir Vəliyev avqustun 3-dən 7-dək Türkiyədə ezamiyyətdə olacaqlar.
Bu barədə AZƏRTAC-a innovasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, ezamiyyət müddətində E.Bayramov və S.Vəliyev Türkiyənin Kayseri şəhərindəki Erciyes Texnoparkında təlim-təcrübə keçəcəklər. Onlar, eyni zamanda, texnoparkın fəaliyyət istiqamətləri ilə tanış olacaqlar.
Texnopark ilə AMEA arasında elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması üzrə əməkdaşlıq imkanları da müzakirə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]