Amerikada Prezidentlər Günüdür
Bakı, 19 fevral, AZƏRTAC
Milyonlarla amerikalı ABŞ-da fevral ayının üçüncü bazar ertəsini Prezidentlər Günü kimi qeyd edir.
AZƏRTAC xəbər verir ki, ilk dəfə 1879-cu ildə qeyd olunan Prezidentlər Günü ABŞ-ın ilk prezidenti, Amerikanın yekdilliklə seçilən yeganə dövlət başçısı Corc Vaşinqtonun ad günü münasibətilə fevralın 22-dən keçirilməyə başlayıb.
Sonradan Prezidentlər Gününün 1809-cu il fevralın 12-də dünyaya gələn Avraam Linkolnun ad günü münasibətilə iki tarix arasına keçirilməsinə qərar verilib. ABŞ-ın 16-cı prezidenti olan Avraam Linkoln Respublikaçılar Partiyasının banisidir. Amerikada quldarlığın ləğvi haqqında qanun məhz onun hakimiyyəti dövründə qəbul edilib.
Prezidentlər Günü hazırda ABŞ-ın gəlib-keçmiş bütün dövlət başçılarına həsr olunan federal bayram kimi qeyd edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]