İQTİSADİYYAT
Amerikanın maliyyə portalı “Cənub dəhlizi” layihəsi barəsində analitik yazı dərc etmişdir
Vaşinqton, 30 sentyabr (AZƏRTAC). Amerikanın “Trefis” maliyyə portalı “Cənub dəhlizi” layihəsi, o cümlədən “Şahdəniz” yatağından Azərbaycan qazının təchizatı barəsində analitik yazı dərc etmişdir. Məlumatda “Cənub dəhlizi” layihəsinin “bp” şirkətinə verdiyi gəlir imkanlarından söz açılır.
“Şahdəniz”in ikinci fazasından layihənin reallaşdırılması qaz təchizatı həcminə 16 milyard kubmetr əlavə edəcəkdir ki, bunun 6 milyard kubmetrini Türkiyə (tranzit ölkə) tədarük edəcəkdir. Qazın 10 milyard kubmetri isə avropalı alıcılara göndəriləcəkdir. Layihə alıcılar üçün geniş imkanlar açacaqdır, çünki onlar qaz idxalını diversifikasiya etmək iqtidarında olacaqlar və bir neçə tədarükçünün olduğunu nəzərə alaraq digər istehsalçılarla sövdələşə bilərlər.
“Cənub dəhlizi” layihəsi mövcud infrastrukturun genişlənməsini və 4.000 kilometr uzunluğunda yeni qaz kəməri şəbəkələrinin tikintisini nəzərdə tutur.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton