Ammonyak qoxusu verən bitki
Bakı, 30 oktyabr, AZƏRTAC
Amorfofallos titanium dünyanın ən hündür çiçəyi hesab edilir. Çox zərif görünən çiçək kəskin iyli ammonyak qazı yaymağa başlayır. Bitkinin quruluşu və yaydığı qoxu qeyri-adidir. İndoneziyalılar onu “leş ləçəyi" adlandırırlar. Tozcuqlar olan hissə ağ yarpaqların içində və dibində olduğuna görə kənardan görünmür. Ona görə də qoxu yaymaqla həşəratları cəlb edir. Tozcuqlar mayalanmaq üçün hazır vəziyyətə gələndə ətrafa yayılan qoxu ilə birgə çiçəyin ətrafı da isinməyə başlayır, xüsusilə səhər çağı baş verən isinmə və qoxu həşəratlar üçün olduqca cəlbedici olur.
Tədqiqatlar nəticəsində müəyyən edilib ki, bitkidə metabolizmin sürətlənməsi nəticəsində əmələ gələn xüsusi turşu var. “Glutamin turşusu” adlanan həmin maddə kimyəvi yola parçalanaraq qoxu və istilik əmələ gətirir. Böcəklər bitkinin yağlı səthi ilə sürüşərək tozcuqlar üçün olan hissəyə düşür və bir daha oradan çıxa bilmirlər. Gecə torbacıqlar açılır və böcəklər tozcuqlara batır. Bitkinin içində qalan böcəklər səhər açılanda çiçəyin üzərindəki tikanlardan nərdivan kimi istifadə edərək başqa bir zanbağa doğru gedir və bu yolla çiçəyin çoxalmasını təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]