CƏMİYYƏT
Amnistiya aktının tətbiqi nəticəsində 7529 nəfər cəzalardan azad edilib, 1728 məhkumun cəza müddəti azaldılıb
Bakı, 18 yanvar, AZƏRTAC
“8 Noyabr - Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Milli Məclisin 2021-ci il 5 noyabr tarixli Qərarı Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən yanvarın 18-dək 9263 nəfərə tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.
A.Sabitova bildirib ki, onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəza müddəti azaldılıb.