DÜNYA
Amsterdam heyvanxanasında filin gözünə kontakt linza qoymuşlar
Bakı, 26 yanvar (AZƏRTAC). AZƏRTAC Lenta.ru saytına istinadla xəbər verir ki, Amsterdamın Artis heyvanxanasındakı Vin Tida adlandırılan filin gözünə kontakt linza qoymuşlar. Əməliyyatı heyvanxananın veterinarı Anna-Mari Verbryuqqen həyata keçirmişdir.
Verbryuqqenin sözlərinə görə, o, əvvəllər atların gözlərinə linza qoymuşdur. Lakin belə əməliyyatı fil üzərində aparması ilk dəfədir. Prosedur bir saatdan da az vaxt aparmışdır və əməliyyat zamanı yerli keyitmə üsulundan istifadə olunmuşdur.
Heyvana kontakt linzanın qoyulmasına tələbat filin göz bəbəyini zədələməsi səbəbindən yaranmışdır. Fil bu zədəyə görə gözünü açıq saxlaya bilmirdi. Verbryuqqenin sözlərinə görə, indi heyvan gözünü rahat aça biləcəkdir.
45 yaşlı fil burada 2004-cü ildən yaşayır. Vin Tida Avropada ilk fildir ki, gözünə kontakt linza qoyulmuşdur.