Amsterdamda 3D formatında polad körpü quraşdırılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Niderlandın paytaxtı Amsterdamda dünyada ilk 3D formatında polad körpü quraşdırılıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, 12 metr uzunluğunda olan körpü De Vallen rayonunda yerləşən ən qədim kanallardan birinin üzərindədir.
Sifarişçisi Amsterdam bələdiyyəsi olan layihəni məşhur dizayner Yoris Larman hazırlayıb. İşin əsas hissəsini “qaynaq maşınları” ilə təchiz edilmiş dörd robot həyata keçirib və polad məftildən 6 ton ağırlığında konstruksiya düzəldilib. Körpü 19,5 tona qədər yükə tab gətirə biləcək. Tikinti prosesi altı ay çəkib.
Körpü deformasiya, vibrasiya, yüklərin səviyyəsini ölçən, həmçinin havanın keyfiyyətini, ətraf mühitin temperaturunu qeyd edən sensorlarla təchiz olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]
Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib
- 13.11.2026 [12:43]