CƏMİYYƏT
Analitik Ekspertiza Mərkəzində idxalçılara inyeksiya üçün birdəfəlik steril şprislərə dair standart barədə məlumat verilib
Bakı, 19 noyabr, AZƏRTAC
Standartlaşdırma sistemini təkmilləşdirmək, daxili və xarici bazarda rəqabətə davamlı tibbi avadanlıqları istehsal etmək və həmin malların beynəlxalq norma və qaydalara uyğunlaşdırılmasını, o cümlədən insanların həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Standartlaşdırma İnstitutu tərəfindən inyeksiya üçün birdəfəlik steril şprislərə dair beynəlxalq standart əsasında işlənib hazırlanmış dövlət standartı bu il sentyabrın 27-də qəbul edilib və noyabrın 1-dən qüvvəyə minib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar Analitik Ekspertiza Mərkəzində idxalçı şirkətlər üçün iclas təşkil edilib.
İclasda Mərkəzin mütəxəssisləri yeni standart, inyeksiya üçün birdəfəlik steril şprislərin idxalı zamanı tələb olunan sənədlər toplusuna əlavə olunub sənədlər haqqında məlumat veriblər.
Şirkət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.