CƏMİYYƏT
ANAMA Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb
Bakı, 24 noyabr, AZƏRTAC
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində noyabrın 23-də keçirilən əməliyyat barədə operativ məlumat yayıb.
ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 24 min kvadratmetr (2.40 ha) ərazi tam təmizlənib, 7 900 kvadratmetr (0.79 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 31 900 kvadratmetr (3.19 ha), 3 ədəd partlamamış hərbi sursat (2 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və 1 ədəd TM-62 minasının gücləndiricisi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.