Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Anar Kərimov: Ermənistan dağıtdığı bütün tarixi abidələr və mədəniyyət müəssisələrinə görə məsuliyyət daşımalı və təzminat ödəməlidir VİDEO

Anar Kərimov: Ermənistan dağıtdığı bütün tarixi abidələr və mədəniyyət müəssisələrinə görə məsuliyyət daşımalı və təzminat ödəməlidir VİDEO

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edirəm. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz uzun illərdən bəri düşmən tapdağı altında olan Azərbaycan torpağı Qarabağı işğaldan azad etdi. Bu, bizim üçün tarixi bir qələbədir. İndi xalqımız çox böyük qürur hissi keçirir. Bu prosesdə Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirdi. Çox sevindirici haldır ki, tarixi bir məqamda Azərbaycan bir yumruq olaraq birləşərək düşməni torpaqlarımızdan qovdu. İndi biz Qarabağımızı canlandırıb ona yeni həyat verməliyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“Prezidentimizin müvafiq Fərmanına əsasən azad olunmuş torpaqlarda müvəqqəti inzibati idarəetmə komendaturaları yaradılıb ki, Mədəniyyət Nazirliyi də onların tərkibinə daxil edilib. Bu, bir daha Prezidentimizin mədəniyyət sahəsinə böyük önəm verdiyini göstərir. Mədəniyyət Nazirliyi olaraq ön cəbhədə fəaliyyət göstərməyimizdən fərəh hissi keçiririk, bu məsələyə müqəddəs bir missiya kimi baxırıq. Bildirmək istərdim ki, beş rayon üzrə fəaliyyət göstərən komendaturalarda Mədəniyyət Nazirliyinin hər rayon üzrə təhkim olunan nümayəndələri vardır. Nümayəndələr artıq öz işlərinə başlayıb. Onların missiyası azad olunmuş torpaqlarda mədəniyyət müəssisələrinin, tarixi abidələrin vəziyyətinin öyrənilməsi və mühafizəsinin təmin edilməsindən ibarətdir. Aparılmış monitorinqlərin ilkin nəticələrinə əsasən bu rayonlarda 151 mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 mədəniyyət evi və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib. Ürəkağrısı ilə deməliyəm ki, sözügedən müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. Monitorinqlər zamanı 67 tarixi abidə aşkar edilib ki, onlarda 34-ü işğalçılar tərəfindən tamamilə dağıdılıb. Həmin abidələr arasında ölkə əhəmiyyətli abidələr də var. Bunlardan Xudafərin körpüləri, Xocavənd rayonunda olan Qırmızı Alban məbədi, Hadrutda yerləşən digər Alban məbədi, Zəngilandakı Qız qalası və Məmmədbəyli kəndində olan Səkkizguşəli türbə, Füzulinin Qarğabazar kəndindəki Karvansaray, bir sıra rayonlarımızda olan XVIII əsrə aid olan məscidlərimiz. Sadaladığım bu abidələr ya dağıdılmış və ya ev heyvanları üçün tövlələrə çevrilmişdir. Bu nəinki beynəlxalq hüquqa, həm də insani dəyərlərə, İslama zidd bir fəaliyyətdir. Biz bunların hamısını kəskin şəkildə qınayırıq. Bu vəhşiliklər UNESCO-nun 1954-cü və 1970-ci illərdə qəbul etdiyi konvensiyalara ziddir. Ümumilikdə qeyd etsək, erməni vandalları bu ərazilərdə azərbaycanlıların min illik yaşamasına dəlalət edən izlərin silinməsi ilə məşğul olublar. Buna mədəni terror və təmizləmə siyasəti adı vermək lazımdır. Çünki 30 il bundan qabaq ermənilər birinci etnik təmizləmə aparıb sonra isə mədəni təmizləmə ilə prosesi bitirməyə çalışıblar. Burada məqsəd, əlbəttə ki, azərbaycanlılara məxsus hər şeyin həmin ərazilərdən tamamilə silinməsi idi. Sözügedən ərazilərdə ermənilərin mənimsəmə, özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması izləri də aşkar olunub. Bu daha çox Alban məbədlərinə aid olan bir fəaliyyətdir. Dağlıq Qarabağda, Qafqaz Albaniyasına aid olan Azərbaycanın mirası sayılan çoxsaylı məbədlərimiz, kilsələrimiz ermənilər tərəfindən özününküləşdirilib. Onlar bunu həmin ərazilərə olan iddialarını gücləndirməkdən ötrü edirdilər. Təbii ki, bu belə davam edə bilməzdi. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik və saxtalaşdırılmış tarixi abidələrdə olan faktları qeydiyyatdan keçirəcəyik. Aşkar olunmuş bu cinayətləri də tərəfimizdən bütün dünyaya bəyan edəcəyik”, - deyə Anar Kərimov vurğulayıb.

O bildirib ki, bu vandalizm faktları aşkarlandığı andan başlayaraq, yəni müharibə gedən zamandan həm peyk, həm də mediada dərc olunmuş şəkillər vasitəsilə ermənilərin vandalizmi barədə beynəlxalq təşkilatlara, xüsusilə UNESCO-ya mütəmadi məlumatlar verilib: “İndi biz daha da gərgin şəraitdə işləyərək dediyim bu cinayət faktlarını aidiyyəti beynəlxalq qurumlara çatdırırıq. Artıq apardığımız ilkin monitorinqlərin nəticələrini UNESCO, ISESCO və BMT-nin Sivilizasiyalararası Alyansına təqdim etmişik. Eyni zamanda, sosial profillərimiz vasitəsilə də fəal olmağa çalışırıq. Sosial şəbəkələrdə müxtəlif kampaniyalara başlamışıq. Qarabağın mədəniyyətimizin beşiyi olması haqqında məlumatların insanlar arasında yayılması, onların bu haqda məlumatlılıq səviyyəsinin artırılması barədə addımlar atmışıq. Çoxlu sayda videoçarxlar hazırlanıb. Bu yaxınlarda “Xristian irsimizi tanıyaq” adlı sosial kampaniyaya start vermişik. Bu kampaniya ölkəmizdə əsrlərboyu qorunan qədim xristian abidələrinin cəmiyyətimiz tərəfindən tanıdılması məqsədi daşıyır. Eyni zamanda, cəmiyyətə də bir mesaj verilir ki, Azərbaycan xristian irsinə sahib çıxır, onu qoruyur və bərpa edir. Bu, belə də davam edəcək, Qarabağda da eyni siyasəti aparacağıq. Çünki beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qarayaxma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir çox təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər. Onlar iddia edirlər ki, Azərbaycan Qarabağda olan xristian abidələrini dağıdacaq, mədəni terror törədəcək. Ancaq biz bildiririk ki, bu tamamilə yalandır, əsassız iddialardır. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islam və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Çünki biz islam və xristian abidələri arasında fərq qoymadan bunu mədəni irsimiz hesab edirik. Bu, bizim əcdadlarımızdan qalan mirasdır və biz onları qorumalıyıq”.

Anar Kərimovun sözlərinə görə, ilk növbədə mədəni irsimizə dəymiş ziyanın beynəlxalq təşkilatlar və ekspertlərin köməyi ilə düzgün qiymətləndirilməsinə çalışılır. Bu, eyni zamanda, beynəlxalq auditoriyaya çıxışımıza səbəb olacaq. Buna görə də azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir. Onu da qeyd edim ki, məbləğ böyük olacaq, çünki abidələrin qiyməti yoxdur, onlar adi infrastruktur sayılmır. Ona görə də abidələrin qiymətləndirilməsi heç də asan olmayacaq, müəyyən meyarlar var ki, onların üzərində olacaq.

Şuşanın Qarabağın mərkəzi, Azərbaycanın ürəyi sayıldığını söyləyən A.Kərimov deyib ki, xalqımız Şuşaya uzun illər həsrətlə baxıb. Noyabrın 8-də Azərbaycan Ordusunun canı və qanı bahasına Şuşanı azad etməsi cəmiyyətimizdə böyük coşqu yaratdı. Bu da gözlənilən idi: “Biz Şuşaya öz ruhunu qaytarmalıyıq. Çünki Şuşa muğamın beşiyidir. Şuşa, eyni zamanda, xalçaçılıq məkanıdır, Şuşa bizim qədim Çövkən milli oyunudur, Şuşa bizim dahi şəxsiyyətlərimizin göz açdığı məkandır. Məhz buna görə Şuşa bizim üçün böyük bir məna kəsb edir. Təbii ki, biz oranı yenidən quracağıq. Şuşa işğaldan azad olan kimi Mədəniyyət Nazirliyi olaraq bu şəhərin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunması ilə bağlı istəyimizi bildirdik. Hesab edirik ki, Şuşa buna layiqdir və bütün meyarlara cavab verir. Artıq ilkin mərhələni keçmişik, 2001-ci ildə Şuşa UNESCO-nun adı çəkdiyim siyahısına daxil edilmişdi. Təbii ki, bu proses asan deyil. Buna baxmayaraq, biz əzmkarıq və bunu edəcəyimizə inanırıq. Şuşa, eyni zamanda, ulu öndər Heydər Əliyevin bizə qoyduğu əmanətdir. 1977-ci ildə Ulu Öndərin Fərmanı ilə Şuşa tarix-memarlıq qoruğu elan edilmişdir. Bu əmanəti biz qorumalı və gələcək nəsillərə ötürməliyik. Orada çoxlu dağıdılmış abidələrimiz var. Bildiyiniz kimi Molla Pənah Vaqifin məqbərəsi dağıdılıb. O həmin məqbərədir ki, Ulu Öndərimiz 1982-ci ildə onun açılışında iştirak etmişdir. Həmçinin Xurşidbanu Natəvanın evi dağıdılıb, Bülbülün ev muzeyi bərbad vəziyyətə salınıb. İndi bizim missiyamız bütün bu abidələri bərpa etməkdir”.

Anar Kərimov: Ermənistan dağıtdığı bütün tarixi abidələr və mədəniyyət müəssisələrinə görə məsuliyyət daşımalı və təzminat ödəməlidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır