ANKARA GÜZƏŞTƏ GETMƏYƏCƏK
AZƏRTAC xəbər verir ki, Türkiyə lideri parlamentin payız sessiyasının açılışında demişdir: “Türkiyə Avropa Birliyi qarşısında bütün öhdəliklərini yerinə yetirmişdir və bu təşkilata üzvlüyü üçün yeni şərtləri qəbul etməyəcəkdir”.
Türkiyə rəhbərliyi son günlər dəfələrlə bildirmişdir ki, Ankaraya Avropa Birliyində tamhüquqlu üzvlük əvəzinə imtiyazlı tərəfdaşlıq təklif olunsa o, danışıqlarda iştirakdan imtina edəcəkdir. Ankara həmçinin bəyan etmişdir ki, Brüsseldə təkid olunduğu kimi, Kipr Respublikasını tanımaq niyyətində deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Dünya Keyfiyyət Günüdür
- [09:30]
Bu gün Konstitusiya Günüdür
- [08:00]