DÜNYA
Ankara peşmərgənin Kobaniyə keçidi üçün təhlükəsizlik dəhlizi açmağa razılıq verib
Türkiyə yaxın vaxtlarda İraq kürdlərindən ibarət silahlı dəstələrin (peşmərgə) Kobaniyə keçidinin koordinasiyasına başlaya bilər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ankara Kobaninin şimalında yerləşən Surcuq şəhərinin yaxınlığında peşmərgə üçün təhlükəsizlik dəhlizi açmağa razılıq verib. Təhlükəsizlik tədbirləri baxımından kiçik dəstələrə bölünən kürd döyüşçülərinin sərhədi mərhələlərlə keçəcəyi bildirilir.
Eyni zamanda Türkiyə kəşfiyyatı İraq tərəfindən Kobaniyə göndəriləcək silahlıların içərisində PPK yaraqlılarının olmaması üçün döyüşçülərin tam siyahısını tələb edib.
Çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan peşmərgələrin Kobaninin müdafiəsinə getməsinə qarşı çıxmadığını bildirsə də, şəhərin 200 minlik əhalisinin Türkiyəyə sığındığını və onun artıq heç bir strateji əhəmiyyət daşımadığını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]