ANKARADA İFTAR SÜFRƏSI AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Ankarada, Azərbaycanın Türkiyədəki səfirliyi və Mərmərə Strateji Araşdırmalar Vəqfinin birgə təşkilatçılığı ilə iftar süfrəsi açılmışdır. Tədbirə Ankarada akkreditə olunan müsəlman ölkələrinin diplomatları, Türkiyənin tanınmış siyasət, elm, mədəniyyət xadimləri, yüksək rütbəli zabitlər, ictimaiyyətin nümayəndələri dəvət olunmuşdular. Qonaqları salamlayan səfir Zakir Həşimov Azərbaycanda aparılan islahatlar, demokratikləşmə prosesi barədə, parlament seçkilərinə hazırlıq işləri haqqında danışmışdır. Türk dünyasının görkəmli xadimi, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüskarı və memarı olduğu Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin inşasının son mərhələyə çatdığı vurğulanmışdır.
Tədbirdə şəhidlərimizin ruhuna dualar oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [13:25]
Çexiya ordusunun peşəkar hərbçilərinin sayı 38 min nəfərə çatdırılacaq
- 12.11.2026 [12:19]
ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb
- 12.11.2026 [12:07]
Süd vəzi xərçəngini erkən mərhələdə aşkarlayan yeni metod hazırlanıb
- 12.11.2026 [11:22]
Qlobal bazarlarda süni intellekt şirkətlərinin səhmlərinə maraq kəskin artıb
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]