MƏDƏNİYYƏT
Ankarada möhtəşəm konsert verən Sami Yusuf Azərbaycan bayrağını öpmüşdür
Ankara, 18 iyun (AZƏRTAC). Ankaranın “Gənclik” parkında möhtəşəm konsert proqramı ilə çıxış edən soydaşımız, Britaniya vətəndaşı olan məşhur müğənni Sami Yusuf ifası zamanı Azərbaycan bayrağını öpərək gözlərinin üstünə qoymuşdur.
Azərbaycan mahnılarının da səsləndirildiyi Ankara konsertinin gəlirini Afrikada aclığa düçar olanlara bağışladığını bəyan edən müğənni bildirmişdir ki, ''Forgotten Promises'' (“Unudulmuş vədlər”) adlı albomundan əldə olunan vəsaiti də bu kampaniyaya göndərəcəkdir.
Sami Yusuf bütün albomlarında müxtəlif dillərdə mahnılar olduğunu xatırladaraq demişdir ki, iyul ayında çıxacaq “Salam” adlı yeni albomunda Azərbaycan dilində mahnılar da yer alacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara