Ankarada qocalar evində yanğın olub
Ankara, 18 aprel, AZƏRTAC
Ankaranın Çankaya rayonunda yerləşən 3 mərtəbəli özəl bir qocalar evində güclü yanğın baş verib.
AZƏRTAC Ankara valiliyinə istinadla xəbər verir ki, burada yaşayan 41 qoca təxliyə olunub.
Ailə, Əmək və Sosial Müdafiə Nazirliyi (AƏSMN) ahıllardan altısını özü istəkləri ilə ailələrinə təhvil verib, 10 nəfər xroniki xəstəliyi olan şəxs xəstəxanalara, digər 25 nəfər isə AƏSMN-ə bağlı olan mərkəzlərdən birinə yerləşdirilib.
Yanğında tələfat və yaralı olmayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]