DÜNYA
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
Ankara, 17 iyul, AZƏRTAC
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) kuboku uğrunda ənənəvi at yarışması təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu il sayca üçüncü dəfə keçirilən kubokun açılış mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran, TÜRKSOY-a üzv ölkələrin bu təşkilatdakı rəsmi nümayəndələri, diplomatlar və digərləri iştirak ediblər.
Yarışdan əvvəl iştirakçılar TÜRKSOY-a üzv ölkələrin ənənəvi idman oyunlarını əks etdirən fotosərgiyə baxıblar.
At yarışmasının qalibləri mükafatlandırılandan sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tatarıstandan (Rusiya Federasiyası) olan 35 musiqiçinin iştirakı ilə TÜRKSOY-un Gənclik Kamera Xoru geniş konsert proqramı ilə çıxış edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara