ANLAŞMA MEMORANDUMU İMZALANMIŞDIR
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu arasında 2005-2007-ci illər üçün Anlaşma memorandumu imzalanmışdır. Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, memorandumu institutun direktoru Azad Hacıyev və Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Ramazan Sultanov imzalamışdır. Mərasimdə Azərbaycanda qan donorluğunun artmasında Qızıl Aypara Cəmiyyətinin rolundan danışılmış, 2003-cü illə müqayisədə qan donorlarının sayının 13 faiz artdığı bildirilmişdir.