Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Antik və orta əsr şəhər məskəni Qalatəpədə arxeoloji tədqiqatlar davam etdirilir

Ağcabədi, 22 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya institutunun Mil-Qarabağ ekspedisiyası 2017-ci ilin yayında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib. Bir ay davam edən kəşfiyyat-axtarış işləri zamanı əsas diqqət abidənin orta əsr təbəqəsinin tədqiqinə yönəlib. Eyni zamanda, son illər təsərrüfat işlərinin xeyli genişləndiyi Mil düzü və Qarqarçay hövzəsindəki müxtəlif tarixi dövrlərə aid yaşayış məskənlərinin vəziyyəti nəzərdən keçirilib.

AMEA Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi, Mil-Qarabağ ekspedisiyası Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev AZƏRTAC-a bildirib ki, Qarabağ düzündə - Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə şəhər məskənində araşdırmalar 2008-ci ildən aparılır. İlk illərdə 300 kvadratmetr sahəni əhatə edən I qazıntı sahəsində on metrə yaxın qalınlığı olan mədəni təbəqə öyrənilib. Burada orta əsrlərə aid bişmiş kərpicdən tikili qalıqları və antik dövrə aid çiy kərpicdən möhtəşəm müdafiə sədlərinin bir hissəsi açılıb. Abidənin yaxınlığındakı küp və torpaq qəbirlərdən ibarət nekropoldan əldə edilən arxeoloji materiallar Qalatəpə yaşayış məskəninin antik dövr təbəqəsinin tədqiqində mühüm rol oynayır.

2013-cü ildən I qazıntı sahəsindən cənubda, II qazıntı sahəsində - 200 kvadratmetr sahəni əhatə edən 8 kvadratda qazıntı işləri aparılır. Burada 1,6 metrə yaxın qalınlığında mədəni təbəqə öyrənilib. Orta əsrlərə aid bişmiş və çiy kərpicdən tikili qalıqları, təsərrüfat quyuları, təndir qurğuları, ocaq yerləri açılıb, şirli və şirsiz saxsı məmulatı, daşdan əmək alətləri, şüşə və dəmir əşyalar əldə edilib.

2017-ci ilin çöl tədqiqat mövsümündə Qalatəpənin orta əsr təbəqələri arasında keçidi və əlaqələri öyrənmək məqsədilə II qazıntı sahəsində yeni - 9-cu kvadratda (D3) arxeoloji qazıntılara başlanılıb. Araşdırma zamanı 0,4-0,7 metr dərinlikdə yerləşən mədəni qatdan XI-XIII əsrin əvvəllərinə aid tikili qalıqları, çay daşından əmək alətləri, saxsı qab nümunələri aşkar edilib. Əvvəlki illərdə olduğu kimi, builki tədqiqatların gedişində də eyni dərinlikdə (0,4-0,7 metr) yerləşən mədəni təbəqədən bütöv halda maddi mədəniyyət nümunələrinə təsadüf olunması (məsələn, saxsı çıraq, şirli duz qabı, bardaq və s.) bu şəhər məskənində həyatın monqolların ilk hücumlarından sonra sönməsi haqqındakı fikri bir daha möhkəmlədir. Bəhs olunan təbəqədən altda isə IX-X əsrlər üçün səciyyəvi olan saxsı fraqmentlərinə rast gəlinib. Bu dövrə aid şirli qabların bədii tərtibatında anqob çəkilərək marqansla canlandırma və ya əksinə olan üsul geniş yayılıb. Eyni zamanda, saxsı qabların üzəri marqansla naxışlanıb şəffaf qurğuşun şiri ilə şirələnirdi. Naxış motivləri arasında həndəsi ornamentlərə (düz və ya qövsvari zolaqlar, dairələr, çərxi-fələk təsvirləri və s.) tez-tez rast gəlinir.

D3 kvadratında qazıntı işləri 1,2 metr dərinliyə qədər davam etdirilib. Qalatəpədə aparılan tədqiqatlar göstərir ki, bu təbəqədən altdakı mədəni laylarda artıq şirli keramikaya təsadüf olunmur və həmin laylar üçün erkən orta əsrlərə və antik dövrə aid saxsı məmulatı səciyyəvidir.

Arxeoloq qeyd edib ki, Qalatəpə şəhər yerindən və nekropolundan əldə olunan artefaktlar qədim Azərbaycan dövləti olmuş Albaniyanın Ayniana (və ya Enian) şəhəri haqqında antik yunan coğrafiyaşünası Strabonun verdiyi məlumatı (“...deyirlər aynianlar Utiyada hasarlı şəhər salmışlar, o şəhərin adı Aynianadır”) qismən də olsa təsdiq edir. “Hələ e.ə. III-II əsrlərdə meydana gələn bu şəhərdə məhz Strabonun yaşadığı zaman - e.ə. I əsrdə və b.e.-nın əvvəllərində daha gur həyat olmuş, memarlıq, sənətkarlıq, qonşu regionlarla, o cümlədən Roma imperiyası və onun əyalətləri ilə mədəni-iqtisadi, ticarət əlaqələri yüksək inkişaf etmişdir. Lakin erkən orta əsrlərdə Sasani-Roma, Sasani-Bizans, Sasani-Ərəb və Ərəb-Xəzər müharibələri gedişində döyüş meydanı olan Mil-Qarabağ düzündə, o cümlədən qədim Ayniana şəhərində həyat ritmi pozulmuşdur. Çox güman ki, X əsr ərəb səyyahı Əbu Dulfin bəhs etdiyi Balasaqun düzündəki minlərlə atılmış kənd və qalalar da həmin müharibələrin qurbanı olmuşdur. VIII-IX əsrlərdən başlayaraq ərəb müəlliflərinin əsərlərində tez-tez Beyləqan və Bərdə şəhərlərinin arasında “Yunan” adlı şəhər xatırlanır. IX-X əsrlərdə - Xilafətin tənəzzülü zamanı bu şəhər yenidən canlanmış, XI-XII əsrlərdə yüksəliş dövrünü yaşamış, lakin XIII əsrin əvvəllərində monqol yürüşləri nəticəsində süquta uğramışdır. Son illər Qalatəpə şəhər yerində aparılan arxeoloji qazıntılar belə nəticə çıxarmağa əsas verir”, - deyə Təvəkkül Əliyev bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO